Bu görüşdə Ayətullah Xamenei sionist rejimin məhvindən söz açaraq belə buyurdu:
"Sionist rejim günbəgün məhv olub aradan getməyə daha da yaxınlaşacaqdır".

Konsulluğa terror hücumundan danışan o Həzrət bu hərəkətin silləsini yeyəcəklərini belə vurğuladı:
"Sionist rejimin Qəzzada məğlubiyyəti davamlı olacaqdır. (İsrailin) Suriyada İran konsulluğuna terror hücumu kimi alçaqcasına bihudə cəhdləri onları məğlubiyyətdən xilas edə bilməyəcəkdir. Əlbəttə, bu hərəkətin də silləsini yeyəcəklər".

İnqilab Rəhbəri gənclərin tezliklə Qüdsdə namaz qılacağına ümidvarlığını bildirərək qeyd etdi:
"Ümidvarıq ki, bizim bugünkü gənclərimiz müqəddəs Qüdsün müsəlmanların ixtiyarına keçdiyi və orada namaz qıldıqları günü görsünlər".

"Builki Qüds Günü qəsbkar sionist rejimə qarşı beynəlxalq kütləvi axın olacaqdır", - deyə o Həzrət buyurdu.

Ayətullah Xamenei sionist rejimin bu Qəzza hadisəsində iki böyük məğlubiyyətə məruz qaldığını və onlardan birincisinin 7 oktyabr hadisəsi olduğunu bildirdi:
"Birinci məğlubiyyət bərpası mümkün olmayan 7 oktyabr hadisəsi idi. Məlumatın doğruluğuna arxalanan və uçan hər quşun nəzarəti altında olduğunu iddia edən bir rejim imkanları az olan bir müqavimət qrupu tərəfindən məğlub edildi".

O Həzrət digər məğlubiyyətin isə sionistlərin təyin etdikləri heç bir hədəflərinə çata bilmədikləri olduğunu qeyd etdi:
"İkinci məğlubiyyət isə bu altı ayda olan məğlubiyyətdir. Bunlar meydana daxil olduqları ilk gündən o birinci məğlubiyyətin təlafisi üçün müəyyən hədəfləri elan etdilər və bu hədəflərin heç biri bu altı ayda həyata keçməyibdir".

İnqilab Rəhbəri sionistlərin hədəflərindən birinin HƏMAS-ı aradan aparmaq olduğunu və ona nail olmadıqlarını vurğuladı:
"Sionistlər ardınca olduqları hədəflərin, hətta birini belə ələ gətirə bilmədilər. Onlar müqaviməti, xüsusi olaraq HƏMAS-ı məhv etmək, aradan aparmaq və məğlub etmək istəyirdilər, lakin bacarmadılar".

Daha sonra o Həzrət Qərbi Asiyada hesablamaların dəyişdiyini qeyd edərək buyurdu:
"Əqsa fırtınası hadisəsindən sonra Qərbi Asiya məntəqəsindəki hesablamalar dəyişdi və dəyişəcəkdir. Müqavimət düşmənləri bu dəyişikliklərlə razılaşmağa məcburdurlar və bilsinlər ki, bu məntəqədə hökmranlıq edə bilməzlər".