04/01/2025
Bu gün Amerika Suriyada ard-arda bazalar qurur. Şübhəsiz ki, bu bazalar suriyalı gənclərin ayaqları altında tapdalanacaq.
01/12/2024
Kitaba önəm və əhəmiyyət vermək kitab oxumağa əhəmiyyət verməkdən qaynaqlanır. Gərək cəmiyyət arasında kitab oxuma adət-ənənəsi yayılsın. Mənim nəzərimə görə, tənbəlliklərin ən pis və zərərlisi kitab oxumaqda olan tənbəllikdir. Kitab mütaliəsi cəmiyyətdə yayılmalıdır.
01/12/2024
Bir cür olmalıdır ki, ailələrin istehlak səbətində kitabın gözəçarpan bir payı olsun və insanlar kitabı oxumaq üçün alsınlar, sadəcə otağın kitab rəfini bəzəmək və başqalarına göstərmək üçün yox.
29/11/2024
Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.
04/06/2024
Çox mömin, zahid (dünya malına qarşı rəğbətsiz) və ixlaslı alimlərdən biri olan Hacı Mirzə Cavad Tehrani 30-ilə yaxın bundan öncə mənə dedi: "Təhsil almaq üçün Quma getdim və o zaman gördüm ki, seyid olan gənc bir nurani tələbə hərəmdə dayanıb, əmməsinin bir ucunu açıb sinəsinin üzərinə salmış halda namaz qılır, ağlayır və (Allah dərgahına) yalvarırdı. Tanımadığım halda ona valeh oldum. Soruşdum ki, bu nurani cənab kimdir? Dedilər ki, Ruhulllah Xomeynidir". Cənab Ruhullah cavanlıq dövründə bu sərmayə və xəzinəni (özündə) yaradırsa, (təbiidir ki) 80 yaşında İmam və İslam Cümhuriyyətinin banisi olacaqdır. ​
04/06/2024
İmam Xomeyni Qum elmi hövzəsində öz (layiqli) yerini tutmuş bir şəxs idi. Onun ətrafında bir qrup ləyaqətli və mömin gənclər var idi. Onun başqa təbəqələrlə də əlaqələri var idi. İmam öz mesajları və sözləri ilə insanları sözün həqiqi mənasında tərbiyə edib, islah edirdi; həm fikri tərbiyə, həm də ruhi-əxlaqi tərbiyə.​
25/05/2024
Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.
11/05/2024

02/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
28/02/2024
İslam Şurası Məclisinin (Milli Məclis) 12-ci dövr və Xübrəqan Məclisinin (Vəliyyi-Fəqihi seçən və ona nəzarət edən şura) 6-cı dövr seçkiləri ərəfəsində bir qrup ilk dəfə səs vermə hüququna sahib olan 18 yaşlı gənclər və şəhid ailələri 28.02.2024-cü il tarixdə çərşənbə günü səhər İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.

21/06/2023
Gənc cütlüklərin şirin ömür sürməsi üçün dua edirəm. Birlikdə yola gedin, səfa və sədaqətiniz olsun ki, həyatınız şirin olsun.
30/11/2022
Ayətullah Xameneinin 4 noyabr "Məktəbli şagirdlər" və "Beynəlxalq hegemonluqla mübarizə günü" ndə məktəbli şagirdlərlə görüşündəki çıxışı
13/12/2016
Siz həyatda şücaət və özünəinamla hərəkət etməlisiniz. Bu şücaət və özünəinam halı Allahla olan bağlılıqdan ələ gəlir.