(İndi isə) Əmirəlmöminin əleyhissəlam haqqında (bunu demək olar). İstər islam dini və ya hər hansı bir dinə inanan, istərsə də heç bir dinə inanmayan bir insanın bütün dəyər və sifətlərə qoyduğu ehtiram və hörmət Əli ibni Əbu Talibdə cəm olmuşdur.
Ümid edirəm ki, siz cavanlar o günü (Sionist rejiminin aradan getməsi ilə Qüdsün azad olmasını) görəcəksiniz və inşallah, bu gerçəkləşəcək! Siz Allah-təalanın izni ilə onlar üçün (İslam düşmənlərinin mənfur maraqları üçün) əhəmiyyətli olan Qüdsdə namaz qılacaqsınız!
Biz mövlamız Əli əleyhissəlam kimi məzlumuq, amma eyni zamanda da güclüyük.
Biz müzəffərik və qüdrətliyik, inkişaf edərək irəli gedə və islamın bayrağını qoruyub saxlaya bilərik.
Ramazan ayının zirvəsi mübarək Qədr günləri və gecələridir. Biz bu zirvəyə çatmışıq.
Əziz bacı və qardaşlar, bu gecələrin qədrini bilin!Bu saatların qədrini bilin!
Aləmlərin Rəbbinə təvəssül, yalvarmaq, dua edib istəmək üçün misilsiz fürsətdən istifadə edin!
Qədr gecələrindəki bu əzəmətli məclislər, həqiqətən də, ibrətamizdir.Səslər Allaha yalvarış üçün ucalır.
اِلَيْكَ عَجَّتِ الاَْصْواتُ فی صُنُوفِ اللُّغاتِ
Səslər müxtəlif dillərdə sənə tərəf ucalır. Dualarınızdan biri də bu olsun ki, Uca Allah bu gecələrdə dua edən möminlərin dualarını qəbul etsin və qəbul olacağına da arxayın olun!
Mənim və sizin üzünüzə açılan qiymətli pəncərələrdir. Gəlin özümüzü bu pəncərələrdən əsən mənəvi və müqəddəs nəsimin ixtiyarına verək.
Müxtəlif insanlar, müxtəlif sosial təbəqələr, müxtəlif geyimləri, üslubları və davranışları ilə hamısı bir səqf altında, bir məclisdə toplaşır, təvəssül edirlər,göz yaşı axıdırlar.
Bunların qədirini bilin, bunlar çox qiymətli və çox dəyərlidir. Bunlar bir millətin mənəvi dayaqlarını möhkəmləndirən amillərdir. Ona (millətə) çətin yollarda kömək edir. Bunlar mömin bir şəxsin qəlbini gücləndirir. Onun Allaha olan təvəkkülünü artırır.
Allaha təvəkkül etdikdə isə daha Allahdan başqa heç kəsdən qorxmayacaqsınız.
Allahdan başqasından qorxmadıqda da öz yüksək hədəflərinizə doğru möhkəm addımlayarsınız.
Əziz bacılar və qardaşlar! İndi içində olduğumuz bu Ramazan ayının qədrini bilək! Tarix boyu minlərlə Ramazan ayı gəlib keçib və sənin, mənim olmayacağımız minlərlə Ramazan ayı da olacaq!