Mən yeniyetməlik dövrlərimdə, yəni yenicə orta məktəbi bitirib (din) tələbəsi olduğum dövrlərdə duaya, Allaha diqqət ayırmağa və bu cür məsələlərə əhəmiyyət verirdim.
mən dua, zikr, məsumlardan gələn dualar və hədislərdə gələn əməllərin əhli idim. Məsələn, yadımdadır ki, hələ həddi-büluğa çatmamışdım, amma Ərəfə gününün əməllərini yerinə yetirdim. O günün uzun-uzadı əməlləri vardır, –bilmirəm özünüz bilirsiniz, yoxsa yox.
O zaman yadımdadır ki, anamla,–çünki anam dua, (Allaha) diqqət və müstəhəb əməllərin əhli idi,–həyətin kölgə düşən bir guşəsinə gedib,–evimizin balaca həyəti var idi,–oraya palaz sərərdik–, hava da isti idi. O günlər də nisbətən uzun idi. O kölgənin altında oturardıq və saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. (Bu əməllərdə) həm dua, həm zikr, həm də namaz var idi. Anam bunları yerinə yetirirdi. Mən və orada olan qardaş-bacılarımın bəziləri də yerinə yetirərdik. Mənim yeniyetməlik və cavanlıq dövrüm belə idi—mənəviyyat, dua və yalvarışla olan ünsiyyət dövrü idi.