Klip

Heyət Əhli-beyt (ə) məhəbbəti əsasında təşkil olunan vahid və ictimai bir toplumdur. Bu kiçik ya böyük olan toplumun mehvəri Əhli-beytə (ə) məhəbbət və onların hədəflərinə doğru hidayətdir. Heyətin həqiqət və mahiyyəti budur. Bu hadisənin (heyətin) kökü də imamların (ə) vaxtına qayıdır və dünənin, yaxud da bu günün məsələsi deyil. Heyəti təşkil edən və başladan imamların səhabələri olmuşlar. Onlar Kərbəla vaqiəsindən sonra bir yerə toplaşardılar. İmam Sadiq (ə) ravidən (hədisi nəql edəndən) soruşur:

تَجلِسونَ وَ تُحَدِّثون؟  

"Bir yerə toplaşıb danışır, söhbət edirsinizmi? Yəni bizim məsələlərimizi bəyan edirsinizmi?" Ravi bəli cavabını verərək toplaşdıqlarını bildirir. Bu həmin heyətlər toplusudur. Sonra İmam (ə) buyurur:

اِنَّ تِلکَ المَجالِسَ‌ اُحِبُّها؛

“Mən bu məclisləri sevirəm”. Elə qəlbə fəda (olum)!

اِنَّ تِلکَ المَجالِسَ‌ اُحِبُّها و اَحیوا اَمرَنا؛  

İmam (ə) buyurur: "Sizin məclisləri sevirəm. Bizim əmrlərimizi diri saxlayın". Hədisdə işlənən (əmrəna) “Əmrlərimiz” kəlməsi  imamların kəlamlarında çox təkrarlanmışdır, yəni bizim işlərimizi (onun əsasında hərəkət etdiyimiz önəmli və əsaslı mövzuya əmr (iş) deyilir). İndi günümüzün dili ilə desək, baxmayaraq ki, əsas və həqiqi mənasından bir qədər azalmış olur, belə deyə bilərik ki, əmrəna, yəni bizim yolumuz, bizim məktəbimiz.

“Bizim iş və əmrlərimizi dirildin”, yəni bizim yolumuzu diri saxlayın, bizim məktəbimizi diri saxlayın.