Video

Həclə bağlı hər birinin özünün xas mövzusu olmaqla Quranda çox ayə vardır, amma burada danışmaq üçün Həccin mənafeyinə aid iki ayə qeyd etmişəm. Bu ayələrdən biri mübarək "Maidə" surəsindədir və ayədə belə buyurur: "Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi". Allah Kəbə evini cəmiyyətin söykənəcək yeri bilir və bu, çox mühümdür. "Qiyamən linnasi" (insanlar üçün dayaq vasitəsi), yəni əgər Həcc mövcud olmasa, yaxud gerçəkləşməsə, İslam ümməti və İslam cəmiyyəti məhv olacaqdır. Buna görə də fəqihlər deyirlər ki, bəzi məqamlarda Həcc "vacibi-kifayi" hökmündədir. Yəni əgər siz bir gün görsəniz ki, (Allah eləsin ki, o gün gəlməsin) dünyanın heç bir yerindən bir dənə də hacı yoxdur, o zaman hətta 10 dəfə də Həccə getmiş olsanız belə, Həcc ziyarəti sizə vacib olacaqdır. Heç vaxt bu ev, bu əsil qərargah və bu əsas mərkəz boş qalmamalıdır. "Qiyamən linnasi", bu, çox mühüm bir təbirdir.