Hidden in list: 
Show in list
Fikri, danışıq və məntiq silahları da olmalıdır Plakat

Fikri, danışıq və məntiq silahları da olmalıdır

İran İslam Respublikası sərt gücdən daha çox yumşaq gücə arxalanıb. Mənim qabaqcıl silah sisteminə malik olmağa etiqadım var, amma bunun yanında güclü silahlar, fikri, danışıq və güclü məntiq silahı olmalıdır.
Atasının anası Plakat

Atasının anası

(Həzrət Fatimə) uşaqlıqda anasını itirir və bu da belə bir yaşda bir qız (uşağı) üçün çox çətindir. O bu çətinliyə dözməklə yanaşı böyük bir işi yerinə yetirir və bu, qız uşağıdır ki, atasının qəmxarına çevrilir. Bu qəmxarlıq Mədinə dövründə, Ühüd, Xəndək və bir çox başqa yerlərdə də davam etdi və Peyğəmbər (s) həmin zamanda buyurdu: "Fatimətə atasının anasıdır". O, Peyğəmbər (s) üçün analıq etdi.
Fələstinli cavanlar; iradələr müharibəsinin qalibləri Plakat

Fələstinli cavanlar; iradələr müharibəsinin qalibləri

Fələstinli cavanlar öz fədakarcasına əməliyyatları ilə Fələstinin müdafiəsi üçün sipər olmuşlar... Bu gün Fələstində və bütün Qərbi Asiyada "Yenilməz iradə" "Məğlub edilməz" sionist ordusunu əvəz etdi. ​
İslam və Qərb sivilizasiyasının qadına baxışı Plakat

İslam və Qərb sivilizasiyasının qadına baxışı

Qərb sivilizasiyasının qadınlara yanaşması iki amilldə xülasələşir: mənfəət və ləzzət almaq. İslamın qadın məsələsinə yanaşması isə bunun tam əksidir, insan kəramətinin qorunması məsələsidir.
Fatimeyi-Zəhra ən üstün örnək Plakat

Fatimeyi-Zəhra ən üstün örnək

Müsəlman bir qadın istər evdarlıqda, istər ictimai-siyasi fəaliyyətlərdə, istərsə də hikmət və elmdə Fatimeyi-Zəhradan (səlamullahi əleyha) üstün bir nümunə tapa bilməz. 
Qərbdə günü-gündən ailələr çökür Plakat

Qərbdə günü-gündən ailələr çökür

Qərbdə qadının hörməti günü-gündən sınır. Ailəni məhv edən hər şey Qərbdə günü-gündən artmaqdadır.
Daim cihad edən İsa Məsih Plakat

Daim cihad edən İsa Məsih

Möcüzə və İlahi dəvətlə təchiz olunmuş İsa Məsih bəşəriyyəti şirk, küfr, cəhalət və zülm zülmətindən xilas etmək, mərifət, ədalət və Allaha ibadət nuruna çatdırmaq üçün göndərilmişdir. O, insanlar arasında olduğu müddətdə şərlə mübarizədə və yaxşılığa dəvət etməkdə bir an belə fürsəti əldən verməyib.
Qəhrəmanlıq dastanı yaradan Ümmül-Bənin Plakat

Qəhrəmanlıq dastanı yaradan Ümmül-Bənin

(Ümmül-Bənin) Elə bir anadır ki, Kərbəlada şəhid olan dörd gəncinin surətini Bəqidə çəkib mərsiyə oxuyur və qəhrəmanlıq dastanı yaradır. Hər şey göz yaşı töküb sinə vurmaqdan ibarət deyil, təbii ki, göz yaşı tökməyin eybi yoxdur, əksinə, bu (göz yaşı axıtmaq), qəhrəmanlıq dastanı yaratmaq və bu gənclərlə fəxr etməkdir. Bu, çox yaxşı bir ərsədir və belə ərsələrdən müsibət zamanında istifadə edilməlidir.
Həzrət İsaya tabe olmaq, yəni... Plakat

Həzrət İsaya tabe olmaq, yəni...

  Həzrət İsaya (ə) tabe olmaq, haqqı dəstəkləmək və haqqa zidd olan qüdrətlərdən bezarlıq tələb edir. Ümid olunur ki, dünyanın hər yerində olan xristianlar və müsəlmanlar İsa Məsihin bu böyük dərsini öz həyatlarında və əməllərində yaşadacaqlar. ​