Vəzifələrimizdən biri özümüzə, kimliyimizə, şəxsiyyətimizə diqqət yetirməyimizdir. İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır.(İran milləti) Şəxsiyyətini, kimliyini unutsa, zərbə alacaq, sillə yeyəcək, geri qalacaq.
Əqsa fırtınası əməliyyatı başlanandan sonra ABŞ cinayətkarların cinayətlərinin qəti şəkildə ortağıdır. Bu cinayətdə Amerikanın əli məzlumların, uşaqların, xəstələrin, qadınların və bu minvalla xirtdəyə qədər başqalarının qanına batıb. (Bu cinayəti) İdarə edən Amerikadır. Əgər ABŞ-ın himayə və silah dəstəyi olmasaydı, fasid, saxta və yalançı sionist rejim Əqsa fırtınası əməliyyatının ilk həftəsində məhv olub aradan gedərdi.
Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir.
Qərbi Asiyanın siyasi coğrafi xəritəsi müqavimətin xeyrinə olaraq dəyişdi. Müqavimət qalib oldu. Tədricən hakimiyyət əldə edən bu yeni xəritənin birinci xüsusiyyəti Amerikanı (məntəqədən) təmizləməkdir. Amerika təmizləmə, yəni məntəqədə Amerika hökmranlığını rədd etmək.
Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Amerikanın yeni "Orta Asiya" təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə "İki dövlət" (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar.
Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir.
Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir. İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.