Hidden in list: 
Show in list
Bu fırtına davam etsə, ABŞ siyasətini məhv edəcək Plakat

Bu fırtına davam etsə, ABŞ siyasətini məhv edəcək

Tarix formalaşdıran Əl-Əqsa fırtınası hadisəsi sionist rejim əleyhinədir, lakin Amerikanı da (məntəqədən) təmizləyəcək bir hadisədir. (Bu hadisə) Amerika siyasətlərinin cədvəlini məntəqədə bir-birinə vura bildi və inşallah, əgər bu fırtına davamlı olarsa, bu cədvəli məhv edəcəkdir.
Məntəqədəki dəyişiklik müqavimətin xeyrinədir Plakat

Məntəqədəki dəyişiklik müqavimətin xeyrinədir

Məntəqənin siyasi coğrafiyası dəyişmək üzrədir, lakin Amerikanın deyil, müqavimət cəbhəsinin xeyrinə.
Hicab şəri bir vacibdir Plakat

Hicab şəri bir vacibdir

Hicab (bütün müsəlmanların qəbul etdiyi) şəri bir vacibdir. Yəni hicabın dini bir vacib olmasında heç bir şəkk-şübhə yoxdur. Bunu hər kəs bilməlidir.
Bu, Həzrət Fatimənin getdiyi həmin yoldur Plakat

Bu, Həzrət Fatimənin getdiyi həmin yoldur

Xanım Zəhraya (s.ə) olan bu məhəbbət və bağlılıq üzərimizə vəzifə qoyur. Vəzifə budur ki, biz o böyük şəxsiyyətin yoluna həm şəxsi, həm də ictimai və ümumi rəftarlarımızda əməl edək. Yol həmin yoldur ki, bu gün inqilab Allahın lütfü ilə xalqımızın gözü qarşısında qərar vermişdir. Bu, Həzrət Fatimənin (s.ə) getdiyi həmin yoldur, yəni özünü və dünyanı islah etmə yolu.
İslam dövlətləri sionist rejimə neft və ərzaq ixracını dayandırmalıdır Plakat

İslam dövlətləri sionist rejimə neft və ərzaq ixracını dayandırmalıdır

İslam dövlətlərinin israrla üzərində dayanmalı olduqları məsələ sionistlərin Qəzzada törətdiyi cinayətlərin dərhal dayandırılmasıdır. Sionist rejimə neft və ərzaq ixracının yolunu bağlasınlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməsinlər.
Qərblilərin idman sahəsində də olan ikili standartları Plakat

Qərblilərin idman sahəsində də olan ikili standartları

Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Sionistlərin məğlubiyyəti təlafi olunmazdır Plakat

Sionistlərin məğlubiyyəti təlafi olunmazdır

Sionist rejimin ağır məğlubiyyəti Qəzzanın bombardman olunması ilə təlafi olmayacaqdır.
Sionistlər meydanda uduzan idmançıya oxşayırlar Plakat

Sionistlər meydanda uduzan idmançıya oxşayırlar

Sionist rejim meydanda məğlub olub öz rəqibinin tərəfdarlarına hücum çəkib ədəbsizlik edən idmançı kimidir.
İranlı idmançılar sionist idmançıları özlərinə rəqib bilmirlər Plakat

İranlı idmançılar sionist idmançıları özlərinə rəqib bilmirlər

Bu gün İranlı idmançıların idman meydanlarında sionist rejimlə qarşılaşmamasının həqiqət olması həmişəkindən daha çox aşkar oldu.​