Hidden in list: 
Show in list
Aşura qiyamının qələbəsi Plakat

Aşura qiyamının qələbəsi

Kim deyə bilər ki, İslam aləmi, İslam tarixi və İslami düşüncə Hüseyn ibn Əlinin (ə) şəhadəti ilə ziyana uğradı?! Bəşəriyyət tarixinin böyük şəxsiyyəti və məsum imamı olan Hüseyn ibn Əli (ə) insanların əlindən çıxdı, lakin İslamın qalıcılığı onun coşan pak qanı ilə zəmanətləndi.
Aşura dərsləri və mesajları Plakat

Aşura dərsləri və mesajları

Aşuranın mesaj və dərsləri vardır. Aşura dərs verir ki, dinin qorunmasından ötrü fədakarlıq göstərmək gərəkdir, Quran yolunda hər bir şeydən keçmək lazımdır. (Aşura) Dərs verir ki, haqla batil arasındakı döyüş meydanında hər kəs: böyük-kiçik, qadın-kişi, cavan-qoca, yuxarı və ya aşağı təbəqəli (insanlar), imam və rəiyyət bir cərgədə yer alırlar. Dərs verir ki, düşmən cəbhəsi bütün zahiri imkanlarına baxmayaraq, asanlıqla zərbəyə məruz qalandır. Necə ki, Bəni-Üməyyə cəbhəsi Aşura əsirləri karvanının vasitəsi ilə Kufədə, Şamda, Mədinədə zərər gördü və nəhayət, bu macəra Süfyani cərəyanının aradan getməsi ilə nəticələndi.
Məhərrəm ayı Plakat

Məhərrəm ayı

Məhərrəmlik təkcə Aşura ongünlüyü deyil. Tarixdə Məhərrəm ayında əzəmətli bir hadisə baş verdi ki, bu hadisə tamam olan deyildir.
Zirvələrə yaxınlaşmışıq Plakat

Zirvələrə yaxınlaşmışıq

Bu gün cihadi şəkildə, gecə-gündüz və yorulmadan işləmək ölkənin bütün məsullarının öhdəsində olan vəzifədir. Biz kifayət qədər hərəkət edib üzüyuxarı və kəskin yoxuşu keçib zirvələrə yaxınlaşmışıq. Yorulmamalıyıq, bu gün yorulmaq və naümid olmaq zamanı deyil. Bu gün şövq, ümid və hərəkət zamanıdır.
Əsrlər boyu Aşura hadisəsinin təbliğinin nəticəsi Plakat

Əsrlər boyu Aşura hadisəsinin təbliğinin nəticəsi

Əgər millətimiz əsrlər boyu Aşuranı bu cür israrla təbyin və bəyan etməsəydilər, mümkün idi ki, bu əhəmiyyətli hadisə yaddaşlardan silinər, yaxud da həqiqətdə baş verənlərdən daha zəif göstərilərdi.
Məhərrəmlik zamanı təbliğ Plakat

Məhərrəmlik zamanı təbliğ

Mən Məhərrəmlik ayında təbliğ etmək haqqında bir şey qeyd etmək istəyirəm. Mümkündür, bəziləri desinlər ki, əgər siz İmam Hüseynin (ə) hərəkatını bəyan etmək istəyirsinizsə, çox yaxşı, gedin bəyan edin, amma daha bu rövzəxanlıq, ağlayıb-sızıldamaq nədir? Gedin oturun bəyan edin ki, Həzrət filan işi gördü, bəhmən işi etdi və hədəfi də bu idi. Bu, çox səhv bir fikirdir, yanlış bir baxışdır. (Çünki) Bu Allah dostlarına, din dostlarına olan atifə və duyğu, bu emosianal bağlılıq fikri və əməli bağlılıq üçün çox dəyərli bir arxa-dayaqdır. Bu arxa-dayaq olmasa, bu yolda hərəkət etmək çox çətin olar. Belə atifi bağlılıq çox mühümdür.
İlahi hökumət, yəni kamilliyə aparan yol Plakat

İlahi hökumət, yəni kamilliyə aparan yol

Bir insanı və bir bəşər cəmiyyətini səadətə çatdıracaq hər nə varsa, Peyğəmbər (s) onların hamısını bəyan etdi. Təkcə bəyan etməklə kifayətlənmədi, bunları əmələ keçirdi və tətbiq də etdi. Bəli, Peyğəmbərin (s) zamanında İslam hökuməti və cəmiyyəti təşkil olundu, İslam iqtisadiyyatı, İslami cihad bərpa olundu, İslami zəkat (müsəlmanlardan) yığıldı və bir İslam ölkəsi və İslam nizamı quruldu. Bu nizamın qurucusu və bu qatarı bu xətdə idarə edən Peyğəmbər (s) və (ondan sonra) onun yerində oturan şəxsdir. Xətt də aydın və müəyyəndir. İslam cəmiyyəti və müsəlman şəxs bu xətdə, bu istiqamətdə və bu yolda hərəkət etməlidir. Çünki belə bir hərəkət baş tutarsa, o zaman insanlar kamala çatar, saleh və mələk xislətli olarlar, insanlar arasında zülm aradan gedər, pislik, fəsad, ixtilaf, yoxsulluq və cəhalət yox olar, habelə bəşər kamil xoşbəxtliyə yetişər və Allahın kamil bəndəsi olar.
İnqilab Rəhbərinin Ərbəin yürüşü ilə bağlı bir qrup şagirdlərin məktubuna cavabı Plakat

İnqilab Rəhbərinin Ərbəin yürüşü ilə bağlı bir qrup şagirdlərin məktubuna cavabı

Allahın adı ilə Salam olsun göz yaşları şəhidinə Mehriban və candan əziz olan ata, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameneinin mübarək hüzuruna Salam ərz edirik. Mənnan olan Allahın lütfü və Əmirəl-möminin və Seyidüş-Şühədanın köməyi ilə övladlarınızdan bir qrupu tövfiq dapdılar ki, dəstə halında Ərbəin ziyarətinə getsinlər. Dəyərli və canyandıran ata, çoxlu xeyiri olan mənəvi səfərin astanasında, bu dəyərli ziyarətin mümkün qədər daha yaxşı bərqərar və səmərəli olması üçün öz mərhəmət və müşviqanə olan göstərişlərinizdən bizi faydalandırmanızı xahiş edirik. Bu cəm- sizin övladlarınız və davamçılarınızın hamısı bütün hallarda sizin dəyərli və nazənin vücudunuz üçün dua edirlər. Sizin duanıza ehtiyaclıyıq. Mədəniyyət və tərbiyə məcmuəsinin bir qrup şagird və məktəb məzunları
Şəhid Mustafa Sədrzadənin xatirəsinə ucaldılan lövhədə İnqilab‌ın Ali Rəhbərinin‌ əl yazısı Plakat

Şəhid Mustafa Sədrzadənin xatirəsinə ucaldılan lövhədə İnqilab‌ın Ali Rəhbərinin‌ əl yazısı

Bağışlayan və mehriban Allahın adı ilə "Allahın rəhmət və salamı əziz şəhid Mustafa Sədrzadəyə və bütün haqq yolunun ixlaslı şəhidlərinə olsun". Seyid Əli Xamenei   Şəhriyar şəhəri sakini gənc hərəm müdafiəçisi Mustafa Sədrzadə 2015-ci ilin Tasua günü Suriyanın Hələb bölgəsində şəhid olub. İslam İnqilabının Rəhbəri müxtəlif görüşlərdə bu şəhidin xatirəsini anaraq onun gənc nəsil üçün örnək olduğunu qeyd edib. 21.08.2023-cü il tarixdə səhər saatlarında "Mustafa kimi" adlı mərasim zamanı İnqilab Rəhbərinin "Sənin adın Mustafadır" və "Doqquzuncu günün əsgəri" adlı kitablara iki ürək sözü nəşr olundu.
BRICS və Şanxaya üzv olmaq böyük uğur idi Plakat

BRICS və Şanxaya üzv olmaq böyük uğur idi

Qısa müddət ərzində iki mühüm beynəlxalq müqaviləyə (BRICS və Şanxay) üzv olmaq böyük uğur idi. Bu onu göstərir ki, ölkə elə bir vəziyyətdədir ki, bu beynəlxalq müqavilələrin təsisçilərinin ölkəmizin onların üzvü olmağı üçün meyil və israrları vardır.