Hidden in list: 
Show in list
Aşura hadisəsi Plakat

Aşura hadisəsi

Aşura hadisəsi Allah yolunda cihad, fədakarlıq və şəhadət zirvəsinin göstəricisidir.
Peyğəmbər (s) səhabələri Kərbəlada Plakat

Peyğəmbər (s) səhabələri Kərbəlada

Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
Vacib Həcci daha vacib olan Aşura üçün tərk etmək Plakat

Vacib Həcci daha vacib olan Aşura üçün tərk etmək

Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.  
Şiə məntiqində Məhərrəmliyin mənası Plakat

Şiə məntiqində Məhərrəmliyin mənası

Bu bir-iki ildə keçən Məhərrəmlik bizim minillik Məhərrəmlik tariximizdə ən dolğun mənalı və ən həyacan dolu Məhərrəmlikdir. Bizim Məhərrəmliyimiz mesaj ötürən, cihad və müqavimət ocağı olan Məhərrəmlikdir. Şiə məntiqində və İslam mədəniyyətində Məhərrəmliyin mənası ideal olan haqq yolda öz qanından keçməyin, şəhid olmağın və qiyam etməyin bütün bəşəriyyət və insanlıq üçün dəyərli olmasıdır.
Fədakarılığın zərurəti Plakat

Fədakarılığın zərurəti

İnsanın bəşəriyyətin tərəqqisi üçün bir addım daha artıq məşəqqətlərə qatlaşmaq istəyinin dəyəri vardır. Məsələn, İmam Hüseynin (ə) şəhadətə çatdığı həmin o hədəf kimi. Bundan daha üstün bir şey yoxdur ki, İmam Hüseyn (ə) o qədər zəhmət çəkdi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?
Məsum imamlar (ə) həqiqi İslamın qoruyub-saxlayanlarıdır Plakat

Məsum imamlar (ə) həqiqi İslamın qoruyub-saxlayanlarıdır

Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.
Elmdən insanları aldatmaq üçün istifadə edən Qərb Plakat

Elmdən insanları aldatmaq üçün istifadə edən Qərb

Müxtəlif elmlərdən, o cümlədən psixologiyadan istifadə edən qərblilər yüz faiz yalan mesajları öz müxatəblərinin beyninə həqiqət kimi yerləşdirirlər.
Hazırkı zamanda təbliğatın üstünlüyü Plakat

Hazırkı zamanda təbliğatın üstünlüyü

İslam Respublikası qurulandan sonra elmiyyə hövzələrinin vəzifələri arasında təbliğin üstünlüyü ikiqat artmışdır, çünki dinə əsaslanan siyasi nizamın qurulması hegemonların İslamla düşmənçiliyinin artmağına səbəb olmuşdur.
Allahın dini moizə ilə həyata keçirilə bilər Plakat

Allahın dini moizə ilə həyata keçirilə bilər

Allahın dini moizədən başqa bir yolla kütlə səviyyəsində düzgün şəkildə həyata keçirilə bilməz.
Fransızların Əlcəzairdə saysız-hesabsız cinayətləri Plakat

Fransızların Əlcəzairdə saysız-hesabsız cinayətləri

Fransızlar yüz ildən çox Əlcəzairdə cinayətlər törətmiş və insanları öldürüblər. Bəlkə də bir neçə il ərzində on minlərlə insan qətlə yetirilib. Budur liberalizm?