Hidden in list: 
Show in list
Rəisi dövlətinin xarici ölkələrlə bağlı müsbət siyasəti Plakat

Rəisi dövlətinin xarici ölkələrlə bağlı müsbət siyasəti

İslam Respublikasında hazırkı dövlətin (Rəisi) qonşularla münaqişələrin həlli, ölkələrlə və qitələrlə, o cümlədən Cənubi Amerika, Şərqi Asiya və Afrika ilə çoxsaylı və müxtəlif əlaqələrlə bağlı siyasəti çox yaxşı və doğru siyasətdir.
Böyük işlər və xətəri gözə almaq Plakat

Böyük işlər və xətəri gözə almaq

Xətəri gözə almadan böyük işlərin altına girmək mümkün deyildir.
Məgər Qərb İslam hökuməti ilə mehriban ola bilər? Plakat

Məgər Qərb İslam hökuməti ilə mehriban ola bilər?

Quran məntiqinə əsasən, qaradərili insanın başqa insanlardan heç bir fərqi yoxdur. Beləliklə, irqi ayrı-seçkilik məntiqini biabırçı şəkildə yayıb və indi də yaymaqda olan qərblilər, məgər İslam hökuməti ilə mehriban ola bilərlərmi?
İslam hökuməti müxalif olmayan hər ölkənin sözünü qəbul edir Plakat

İslam hökuməti müxalif olmayan hər ölkənin sözünü qəbul edir

İslam hökuməti hər bir ölkənin, hətta müxalifçilik etməyən və bizimlə həmfikir olmayan ölkələrin də sözünü qəbul edir, lakin əgər qarşı tərəfin hiyləgərliyi, yalançılığı və arxadan bıçaqlamaq üçün hazırlıq gördüyünü bilərsə, İslam hökuməti heç vaxt onun sözünü qəbul etməyəcək və əhdi pozmaq müqabilində də eyni rəftarı görəcəkdir.
Müvəffəqiyyətlər çətinliklərin bətnindən doğulur Plakat

Müvəffəqiyyətlər çətinliklərin bətnindən doğulur

Hamımız bilməliyik ki, bəşəriyyətin müvəffəqiyyəti, böyük kamilliyi, müxtəlif inkişafı, gerçəkləşən ümidi- bütün bunların hamısı təlaş və çətinliklərin bətnindən doğulur. Rahat tələblik, çəkilib bir küncdə oturmaq, tamaşa etmək, həsrət və ah çəkmək və bəzən də deyinmək işləri qabağa aparmır. Müvəffəqiyyətə çatmaq üçün çətinliklərə dözmək lazımdır, çalışmaq və iş görmək gərəkdir.
Düşməni hücuma sövq edən əsas amillərdən biri Plakat

Düşməni hücuma sövq edən əsas amillərdən biri

Düşməni hücuma təşviq edən amillərdən biri qarşı tərəfin passiv, zəif və tərəddüddə olmasını hiss etməsidir. Bu, düşməni hərəkətə keçməyə sövq edir. Lakin görəndə ki, xeyr, sizlər oyaqsınız, hazırsınız, bacarıqlısınız, biliklisiniz, təbii olaraq öz ölçülərini götürürlər.
Dənizçilikdə ikinci dərs inqilab dərsidir Plakat

Dənizçilikdə ikinci dərs inqilab dərsidir

İkinci dərs inqilabdır. Bu biliyi, bacarığı və özünəinamı inqilab bizə öyrətdi. Bu himməti və belə bir böyük iş üçün hərəkətə keçmək cəsarətini inqilab bizlərə öyrətdi. İnqilabdan qabaq bunlardan əsər-əlamət yox idi. İnqilab dənizçiliyi tətil olmaqdan çıxardı, dənizçiliyi unudulmaqdan xilas etdi.
Sanksiyalar xalqın dolanışığını hədəf alıb Plakat

Sanksiyalar xalqın dolanışığını hədəf alıb

Sanksiyaların əksəriyyəti insanların dolanışığını hədəf almaq məqsədi daşıyır. (BƏRCAM-ı diriltmək üçün) Danışıqlarla yanaşı, sanksiyalar zərərsizləşdirilməlidir. Sanksiyaların zərərsizləşdirilməsinin ən mühüm göstəricisi inflyasiyanın azalmasıdır.
Dənizçilikdə olan birinci dərs tövhid dərsidir Plakat

Dənizçilikdə olan birinci dərs tövhid dərsidir

Sizin bu dənizçilik sahəsində bir neçə dərs vardır və bunlardan birincisi tövhid dərsidir. Dəniz Allahın bariz nişanələrindən biridir. Dənizin əzəməti, okeanların sonsuzluğu, dəniz mənzərələrinin müxtəlif gözəllikləri, bəzi yerlərdə dənizin qəzəbi, bəzi yerlərdə lütfü, dənizin heyrətamiz varlıqları–bütün bunlar İlahi nişanələrdir, Allah nişanələridir.
İslam Respublikasının fəxri olan ev Plakat

İslam Respublikasının fəxri olan ev

Mən prezident idim və müəyyən həddə ölkə imkanları prezidentin ixtiyarında idi, yəni mənim ixtiyarımda idi. Lakin bu qoca kişi ilə qoca qadının azacıq belə olsun, gözləntiləri yox idi ki, bu evi daha yaxşısına dəyişələr, yaxud da bu evə əl gəzdirələr. Atam 1986-cı ilə qədər, anam da prezident (olduğum) dövrün axırlarına kimi o evdə yaşayırdılar, amma bu evin daha yaxşı bir vəziyyətə düşməsi üçün azacıq belə, dəyişiklik olunmadı. Bu, İslam Respublikası üçün iftixar və qürur mənbəyidir. Əlbəttə, bu işin fəziləti mənə aid deyildir, əksinə, sözün həqiqi mənasında zöhdə sahib olan və dünyanın zahiri zinətlərinə qarşı rəğbətsiz olan o iki alicənab şəxsə aiddir. Onlar üçün bunun əhəmiyyəti yox idi ki, necə və harada yaşasınlar. Atam rəhmətə gedərkən onun kitablarını çıxmaq şərtilə, bu evin əşyaları hamısı bir yerdə təxminən 45 min tümən pul elədi. Baxmayaraq ki, o gün o 45 min tümən pulu xərcləsəydilər, o pulla, məsələn, bir soyuducu və qaz almaq olmazdı. Bu onun 50 il bu şəhərin imam-camaatı, hörmətli ruhani olduğu və ona çoxlu insanların rəğbət etdiyi vaxtlar idi. Bizim keçmişdəkilərimiz belə yaşayıblar.