زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Prezident və hökumətin nümayəndə heyəti üzvlərinin İnqilab Rəhbəri ilə görüşü Fotolar

Prezident və hökumətin nümayəndə heyəti üzvlərinin İnqilab Rəhbəri ilə görüşü

Rəcai və Bahünərin şəhadətinin ildönümü və Hökumət Həftəsi münasibəti ilə Prezident və 13-cü hökumət heyətinin üzvləri 30.08.2023-cü il tarixdə çərşənbə günü səhər saatlarında İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Şəhidlərin verdiyi mesajlar Plakat

Şəhidlərin verdiyi mesajlar

Bir məsələ "Əksinə (şəhidlər) Allah yanında ruzilərdən bəhrələnirlər" ayəsinin şəhidlərin məqamına işarə etməsidir, digər bir məsələ isə onların verdiyi mesajdır; "Arxalarınca (hələ gəlib) onlara qoşulmamış kəslərə müjdə verərlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar". Bu yolda heç bir qəm-qüssə yoxdur. Bu yol fərəh, fərəc, şadlıq və ürəkoxşayan bir yoldur. Budur, şəhidlərin mesajı. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca siz də gəlin.
Bu yolda ölmək də, öldürülmək də dəyər hesab olunur Plakat

Bu yolda ölmək də, öldürülmək də dəyər hesab olunur

"Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan qarşılığında cənnət verməklə alıb". Ayə göstərir ki, bu, Allahla müamilə etməkdir. "Allah yolunda vuruşurlar və beləliklə, öldürürlər və öldürülürlər". Hər ikisi – həm düşməni məhv etmək, həm də bu yolda öldürülmək dəyərdir və bu, Allah ilə olunan müamilədir. Şəhid öz canını verib və varlıq aləminin ən üstün dəyərlərindən olan İlahi razılığı kəsb edibdir. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca sizlər də gəlin.
Şəhidlərin yolunu izləməliyik Plakat

Şəhidlərin yolunu izləməliyik

Mühüm olan budur ki, bizlər şəhidlərin yolunu təqib edək, şəhidlərin verdiyi dərsləri öyrənək və əməl edək. Şəhadət məsələsinə gəldikdə isə, həqiqətən, dilimiz şəhadət rütbəsi və şəhidlərin dərəcələri haqqında danışmağa acizdir.
Səfəvilərin İrana etdikləri böyük xidmət Plakat

Səfəvilərin İrana etdikləri böyük xidmət

Səfəvilərin ölkədə etdikləri böyük xidmət Əhli-beyt (ə) məzhəbini bütün İran boyu yaymaqları idi. Bu gün sizin Əhli-beytə (ə) olan məhəbbət və ehtiramınız, habelə bütün siyasi, ictimai, məzhəbi və başqa zəminlərdə Əhli-beytdən (ə) aldığımız dərs onların bərəkətinə görədir.
Ərdəbillilərin gördükləri iki böyük iş Plakat

Ərdəbillilərin gördükləri iki böyük iş

Ərdəbillilər İran üçün iki böyük iş gördülər; bunlardan biri milli və digəri də məzhəbi iş idi. Milli iş ölkənin vəhdətindən ibarət idi, yəni İranda gördüyünüz bu birlik və vəhdət Səfəvilərin gördükləri işdir. Məzhəbi iş də Əhli-beyt (ə) məzhəbinin yayılması idi. Əlbəttə, İranlıların qədimdən Əhli-beytə ehtiram və məhəbbətləri var idi, lakin Əhli-beytin məzhəbi vüsət tapmamışdı, qürbətdə idi.
Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresi üzvlərinin foto görüntüləri Fotolar

Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresi üzvlərinin foto görüntüləri

Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresi üzvlərinin İslam İnqilabının Rəhbəri ilə 13.08.2023-cü il tarixdə bazar günü səhər saatlarında keçirilən görüşünün foto görüntüləri bu gün (20.08.2023) Ərdəbildə bu konfransın keçirildiyi yerdə dərc olunub
Ərdəbillilərin mücahidliyi Plakat

Ərdəbillilərin mücahidliyi

Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır.
Ən acı gecələr Plakat

Ən acı gecələr

İslam tarixinin ən böyük faciələrindən biri Məhərrəm ayının on birinci günü baş verdi. Peyğəmbər (s) ailəsindən əsir düşənlər İslam tarixinin ən əziz və ən şərafətli insanlarından idilər. Əsirlər arasında elə qadınlar küçə və bazarlarda gəzdirildilər ki, o günün İslam cəmiyyəti arasında onların ləyaqət və şərəf baxımından bənzərləri yox idi. Bu əziz insanları əsir götürənlər İslamdan zərrə qədər payları olmayan, (ümumiyyətlə) İslamla əlaqələri olmayan, habelə öz zamanlarının ən xəbis və ən səviyyəsiz insanları idilər.
Düşmənşünaslıq mövzusunda diqqətli olmalıyıq Plakat

Düşmənşünaslıq mövzusunda diqqətli olmalıyıq

Diqqətli olmalı və düşməni tanımaqda səhvə yol verməməliyik. İmam Xomeyni (r.ə) o "Bəsirət gözü" ilə dedi ki, nə qədər bacarırsınız, Amerika üzərinə fəryad edin.