Klip

Avropalıların yenicə sənayeləri yaratdıqları o gün–19-cu əsrin əvvəllərində Qərb sərmayədarları tərəfindən bir çox zavodların ixtira edildiyi o gün onlar ucuz, gözləntisi olmayan və problem yaratmayan işçi qüvvəsinə ehtiyac duydular və “Qadın azadlığı” (şüarını) o gündən etibarən zümzümə etməyə başladılar.

Səbəb də qadını ailələrin içərisindən çıxarıb zavodlara tərəf çəkməkdən, ondan ucuz işçi ünvanında istifadə etməkdən, öz ciblərini pulla doldurmaqdan və qadını öz kəramət və məqamından salmaqdan ötrü idi. Bu gün Qərbdə “Qadın azadlığı” kimi qəbul edilən, həmin hadisə və macəranın ardıdır.

Qərb mədəniyyətində qadına olan zülmün və Qərb mədəniyyəti əsərləri və ədəbiyyatında qadın barəsində olan yanlış təsəvvürlər bütün tarix boyu görünməmiş bir hadisədir.