Bu gün vacib məsələlərdən biri də Fələstin məsələsidir. Bir millət, bir ölkə adi deyil, əksinə, vəhşi, alçaq və zalım insanların zülmü altında qaldığı bir halda İslam dünyası sadəcə seyr və tamaşa edir
Cəmiyyət üzvləri arasında mehribanlıq, paklıq və səmimiyyət Besətin insan həyatını rəhmli və mərhəmətli edən başqa bir xəzinəsidir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.02.2023
Əzəmətli peyğəmbərin besəti Allahın bəşəriyyətə verdiyi ən böyük hədiyyədir. Bunun səbəbi isə Besətin axirət aləmindən əvvəl bu dünya həyatında bəşəriyyətin xöşbəxtliyini təmin edə biləcək sonsuz xəzinələrə sahib olmasıdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.02.2023
İslam peyğəmbərinin besətində çox mühüm dərs və xəzinələrdən biri də bədxahlar qarşısında nüfuz olunmaz və sərt olmaqdır. İnsan cəmiyyətləri düşmənlərinin nüfuzları nəticəsində zərbəyə məruz qalırlar. Nüfuzun cəmiyyətdə yayılmasına imkan verməyin.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.02.2023
Məbəs bayramı münasibətilə dünyanın bütün haq ardınca olanları və müsəlmanlarını təbrik edirəm. Əgər besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməyi) nidası haq ardınca olanlara çatsa əlbəttə onların qəlblərini özünə cəzb edəcək
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.02.2023
Müqavimət İslam peyğəmbərinin besətində mövcud olan xəzinələrdən biridir. Müqavimət məqsədə çatmağın sirridir. Siz, istər dünyəvi, istərsə də axirətə aid olan bütün hədəflərinizə müqavimətlə çata bilərsiniz. Müqavimətsiz bunu etmək olmaz.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.02.2023
Həyat yoldaşı rolunu ifa edən qadın ilk növbədə aramlığın təzahürüdür. Quran bu barədə belə buyurur: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən odur”. Bu ayədə aramlığa işarə olunub. Həyat təlatümdən ibarətdir. Kişi bu həyat dəryasında daim təlatüm içərisində və işlə məşğuldur deyə evə qayıdanda aramlığa ehtiyac duyur. Bu aramlığı evdə qadın yaradır. Quran “Yanında rahatlıq tapması üçün” dedikdə, yəni kişinin öz qadını yanında aramlıq hiss etməsini bildirir. Qadın aramlıq yaradan bir amildir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
04.01.2023