زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Bu inqilab istibdadı azadlığa çevirdi Plakat

Bu inqilab istibdadı azadlığa çevirdi

İmam Xomeyninin yaratdığı İran xalqının İslam İnqilabı dünya hegemonlarının təyin etdiyi, qüdrətlərin müqabilində zəlil olan və İslama zidd bir nizamı (sistemi) meydandan çıxardı və müstəqil, xalqmehvər, milli izzətə söykənən bir nizamı onun yerinə gətirdi. Bu inqilab istibdadı azadlığa çevirdi.
İmam Xomeyninin üç səthdə yaratdığı böyük dəyişiklik Plakat

İmam Xomeyninin üç səthdə yaratdığı böyük dəyişiklik

İmam Xomeyni üç böyük dəyişiklik yaratdı. Bunlardan biri İran səviyyəsində, biri İslam ümməti səviyyəsində və biri də ümumdünya səviyyəsində idi. Bu üç dəyişiklikdən heç biri keçmişdə baş verməyib və bəlkə də gələcəkdə də oxşarları olmayacaq.
Heç kəs İmam Xomeynini tarixin yaddaşından silə bilməz Plakat

Heç kəs İmam Xomeynini tarixin yaddaşından silə bilməz

İmam Xomeyni tariximizin başda gedənlərindən biridir. Heç kəs onu, istər bu gün, istərsə də gələcək əsrlərdə tarixin yaddaşından silə bilməz.
İmam Xomeyni hərəkatı İmam Hüseyn hərəkatının davamıdır Plakat

İmam Xomeyni hərəkatı İmam Hüseyn hərəkatının davamıdır

İmam Xomeyni hərəkatının İmam Hüseyn hərəkatı ilə bir çox oxşar cəhətləri var və demək olar ki, İmam Hüseyn hərəkatından örnək götürülüb... Hər iki hərəkatda qabarıq şəkildə özünü göstərən xüsusiyyətlərdən biri də "İstiqamət" (mübarizə yolunda səbr) mövzusudur.
İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümündə iştirak və çıxışın foto görüntüləri Fotolar

İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümündə iştirak və çıxışın foto görüntüləri

  İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümü mərasimi 4 iyun 2023-cü il bazar günü səhər saatlarında Ali Rəhbər Ayətullah Xameneinin iştirakı və çıxışı ilə keçirildi.
Sizdən soruşuram Klip

Sizdən soruşuram

Sizdən bu cəm içərisində olan istəyim budur: Bəzi şəhid dostlarımın qəbirlərinin kənarında başqalarından onun haqda iqrar almağa nail oldum. Mən çoxlarından soruşdum ki, filankəs necə adamdır və onlar da yaxşı adam olduğunu söylədilər. Bu iqrarın dəlili möminə olan hörmətə görədir, sizlər də möminsiniz və aranızda ixlaslı olanlarınız da çoxdur. Sizin mənə etdiyiniz lütfdən artıq olan bu iqrardır: "Mən sizin nəzərinizdə yaxşı insanam?" İstəyirəm ki, buna cavab verərsiniz. Sizdən soruşuram ki, mən sizin nəzərinizdə yaxşı bir insanam? Mən Sübhan Allahdan istəyirəm və necə ki, (ayədə buyurulur) "Məgər bilmir ki, Allah onu görür?", yəni o görür, yazır və "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb gələrlər", yəni ayənin dediyi gündə, əməllərin zahir olduğu zaman sizin etdiyiniz bu iqrarı qəbul etsin. Ümidvaram ki, bir gün cənazəmin kənarında başqaları ilə birgə bu şəhadəti deyəsiniz: "İlahi, biz ondan xeyir və yaxşılıqdan başqa heç nə görmədik".
Mənim kimilər şəhidləri vəsf edə bilməzlər Plakat

Mənim kimilər şəhidləri vəsf edə bilməzlər

Şəhidlərin vəsiyyətləri bizim üçün dərsdir, onlar örnəkdirlər. Mənim kimilər şəhidləri, həqiqətən də, vəsf edə bilməzlər, çünki onlar bizim onları vəsf edə bilməyimizdən daha ülvi, uca, daha lətif, daha nuranidirlər, amma biz onları örnək qərar verməliyik.
Şəhidlərlə bağlı olanları qoruyub saxlamaq cihaddır Plakat

Şəhidlərlə bağlı olanları qoruyub saxlamaq cihaddır

Şəhidin xatirəsini qorumaq cihaddır, şəhid yetişdirənin xatirəsini qoruyub saxlamaq da cihaddır. Şəhidi yetişdirən kimdir? Həqiqətdə o, ata, ana, müəllim, şəhidin həyat yoldaşı və yaxşı dostdur. Onu hansı şəkildə qorumaq lazımdır? Kitab, yazıçılıq, divar rəsmləri və s. ilə. Bunların hamısı yaxşıdır, amma buna nail olmağa çalışın və incəsənəti bu işin xidmətində qərar verin.
Hegemon qüdrətlər şəhidlərin anılması ilə müxalifdirlər Plakat

Hegemon qüdrətlər şəhidlərin anılması ilə müxalifdirlər

Bugünkü hegemon qüvvələr razı deyillər ki, bu ölkənin qürurlu bayraqları üzərində şəhidlərimizin adları, şəhidlərimizin xatirəsi görünsün. Siz bu şeytancasına və xəbis hərəkata qarşı çalışırsınız və bu da cihaddır.
Şəhidlərin vəsiyyətnamələri dərsdir Plakat

Şəhidlərin vəsiyyətnamələri dərsdir

İmam Xomeyni öz ümumi çıxışında tövsiyyə etdi ki, gedin şəhidlərin vəsiyyətnamələrini oxuyun. Həqiqətən də, oxunmalı vəsiyyətdirlər. Bunlar dərsdir, bu vəsiyyətnamələr dərsdir.