زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Xalqın yaşayışı üçün nüvə elmindən istifadə olunmalıdır Plakat

Xalqın yaşayışı üçün nüvə elmindən istifadə olunmalıdır

Nüvə elmindən xalqın yaşayışının müxtəlif sahələri üçün istifadə olunmalıdır. Bu elm sənaye, əkinçilik, ekologiya, suyu içməli hala gətirmək, xəstələrin müalicə və sağlamlığı üçün faydalıdır. Xalqın yaşayışını nüvə sənayesinin inkişafı ilə yararlandırın.
Həcc olmasa, İslam ümməti məhv olar Video

Həcc olmasa, İslam ümməti məhv olar

Həclə bağlı hər birinin özünün xas mövzusu olmaqla Quranda çox ayə vardır, amma burada danışmaq üçün Həccin mənafeyinə aid iki ayə qeyd etmişəm. Bu ayələrdən biri mübarək "Maidə" surəsindədir və ayədə belə buyurur: "Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi". Allah Kəbə evini cəmiyyətin söykənəcək yeri bilir və bu, çox mühümdür. "Qiyamən linnasi" (insanlar üçün dayaq vasitəsi), yəni əgər Həcc mövcud olmasa, yaxud gerçəkləşməsə, İslam ümməti və İslam cəmiyyəti məhv olacaqdır. Buna görə də fəqihlər deyirlər ki, bəzi məqamlarda Həcc "vacibi-kifayi" hökmündədir. Yəni əgər siz bir gün görsəniz ki, (Allah eləsin ki, o gün gəlməsin) dünyanın heç bir yerindən bir dənə də hacı yoxdur, o zaman hətta 10 dəfə də Həccə getmiş olsanız belə, Həcc ziyarəti sizə vacib olacaqdır. Heç vaxt bu ev, bu əsil qərargah və bu əsas mərkəz boş qalmamalıdır. "Qiyamən linnasi", bu, çox mühüm bir təbirdir.
Nüvə sahəsində infrastrukturların yaradılması Plakat

Nüvə sahəsində infrastrukturların yaradılması

Bu illər ərzində ölkənin nüvə sənayesi fəalları mühüm İnfrastrukturlar icad etdilər. Nüvə sahəsində razılaşmalar əldə etməyiniz mümkündür və eybi də yoxdur. Lakin infrastrukturlara əl dəymək olmaz, bunlar aradan getməməlidir.
Düşmənin nüvə enerjisinə həssaslığının səbəbi Plakat

Düşmənin nüvə enerjisinə həssaslığının səbəbi

Nüvə sənayesi ölkənin etibarlıq və qüdrətinin əsas və mühüm hissələrindən biridir. Düşmənlərin nüvə enerjisinin üzərində daynamaqlarının səbəbi "Güclü İran"la müxalif olduqlarına görədir.
İranın nüvə sənayesindəki məhsulları ticarət dövriyyəsinə keçirilməlidir Plakat

İranın nüvə sənayesindəki məhsulları ticarət dövriyyəsinə keçirilməlidir

İranın nüvə sənayesindəki xidmətləri və məhsulları ticarət dövriyyəsinə keçirilməlidir. Bizim bu inkişaflarımızın dünyada yaxşı bazarları vardır və ölkənin iqtisadiyyatı və gəliri üçün ondan istifadə etmək olar. Bizimlə bu sahədə münaqişəsi olmayan eyni istiqamətli ölkələrlə əməkdaşlıq edilsin.
Biz nüvə silahının ardınca deyilik, yoxsa... Plakat

Biz nüvə silahının ardınca deyilik, yoxsa...

Biz İslami prinsiplərimizə əsasən, nüvə silahının ardınca deyilik, yoxsa istəsəydik, qarşısını ala bilməzdilər. Necə ki, nüvə sənayesindəki inkişaflarımızın qarşısını ala bilmədilər və ala da bilməyəcəklər.
Alimlərin, mütəxəssislərin, ekspertlərin və ölkənin nüvə sənayesi üzrə məsul şəxslərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Alimlərin, mütəxəssislərin, ekspertlərin və ölkənin nüvə sənayesi üzrə məsul şəxslərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

Alimlər, mütəxəssilər, ekspertlər və ölkənin nüvə sənayesi üzrə bir qrup məsul şəxsləri bazar günü səhər saatlarında 11 iyun 2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Həzrət Ayətullah Xameneinin nüvə sənayesində əldə edilən nailiyyətləri nümayiş etdirən sərgiyə baxışından foto görüntülər Fotolar

Həzrət Ayətullah Xameneinin nüvə sənayesində əldə edilən nailiyyətləri nümayiş etdirən sərgiyə baxışından foto görüntülər

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bazar günü səhər saatlarında 11 iyun 2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində nüvə sənayesində əldə edilən nailiyyətləri nümayiş etdirən sərgiyə baxış keçirib.
Ümidlə imanın qarşılıqlı təsiri Plakat

Ümidlə imanın qarşılıqlı təsiri

Ümidlə iman bir-biri ilə qarşılıqlı təsirdədirlər. İman ümid yaradandır və ümidlərin yaranması da imanı artırır. Bunlar bir-birilərinə təsir edirlər.
İmam Xomeyni beyni daşlaşmışların İslamını qəbul etmir Plakat

İmam Xomeyni beyni daşlaşmışların İslamını qəbul etmir

İslam adından istifadə edən və eyni zamanda zehni daşlaşmış insanlar mümkündür ki, İslamın verdiyi dərslər barədə də zümzümə etsinlər, lakin hökmlərinin əksəriyyəti ictimai həyat, hökumət və siyasətlə bağlı olan İslamı qəbul etmirlər. Siyasətdə və ictimai işlərdə məsuliyyətsizliyi (etinasız olmağı) təbliğ edirlər, İmam Xomeyni belə İslamı qəbul etmir.