زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Luristan Vilayətinin Şəhidlər Konqresinin üzvlərinin Həzrət Ayətullah Xamenei ilə görüşündən foto görüntülər Fotolar

Luristan Vilayətinin Şəhidlər Konqresinin üzvlərinin Həzrət Ayətullah Xamenei ilə görüşündən foto görüntülər

Luristan Vilayətinin Şəhidlər Konqresinin üzvləri bu gün səhər 25.10.2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək Həzrət Ayətullah Xamenei ilə görüşüblər
İkinci İmam Xomeyni Plakat

İkinci İmam Xomeyni

Kübarlığın bir zərrə əlaməti də cənab Hacı Mustafa Xomeynidə yox idi, İmam Xomeyninin (r.ə) evində və onun rövzə məclisində bir nəfər Mustafanı görmürdü ki, gəlib özünü İmam Xomeyniyə yapışdırsın.
Son qalib Plakat

Son qalib

Bu gün Fələstin xalqı düşmənə qarşı İslam naminə vuruşur və bu mübarizə düşmənin sütunlarını lərzəyə gətirib. Əgər müsəlmanlar onlara kömək etsələr, şübhəsiz, bu yol (qələbə) qısalacaq. Necə ki, bu, Quranda buyurulan hamı üçün vacib bir məsələdir. Müsəlmanlar kömək etməsələr belə, Fələstin xalqı axıra qədər müqavimət göstərsə, yenə də qalib gələcək. ​
İmamın (həqiqi) qardaşları Plakat

İmamın (həqiqi) qardaşları

İmam Həsən Əskəri (ə) öz tərəfdarı olan qrupu özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq münasibəti vardır. Yəni biz ata-oğul və qardaş kimi birinci dərəcəli qohumuq və mömin də möminin qardaşıdır. Yəni iki mömin arasındakı əlaqə bir ata və anadan olan qardaşlıq bağıdır, ögey qardaş deyil. Mömin dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin yolu ilə gedən kəs nəzərdə tutulur. Bu, İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqədir. ​
Uduzan qumarbaz Plakat

Uduzan qumarbaz

Sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir. ​
Qəzzada bombardmanlar dərhal dayandırılmalıdır Plakat

Qəzzada bombardmanlar dərhal dayandırılmalıdır

Qəzzada bombardmanlar dərhal dayandırılmalıdır. Qəzzada baş verənlərə təkcə İslam ölkələrində deyil, Amerikada, Hollandiyada, Fransada və s. müsəlman və qeyri-müsəlmanlar qəzəblidirlər.
Sionistlərin hazırkı siyasətini amerikalılar tənzimləyirlər Plakat

Sionistlərin hazırkı siyasətini amerikalılar tənzimləyirlər

Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərdə sionist rejimin hazırkı siyasəti amerikalılar tərəfindən tənzimlənir. Baş verən hadisələr amerikalıların yürütdüyü siyasətin nəticəsidir. Bu vəziyyətə görə amerikalılar məsuliyyət daşıyırlar.
İsrail rəzil məğlubiyyətini heç cür təlafi edə bilməz Plakat

İsrail rəzil məğlubiyyətini heç cür təlafi edə bilməz

Sionist rejim hər cinayətə əl atsa da, Əqsa fırtınası əməliyyatındakı rüsvayçı məğlubiyyətini təlafi edə bilməz.
İsrail cinayəti davam etdirsə, heç kəs müqaviməti dayandıra bilməz Plakat

İsrail cinayəti davam etdirsə, heç kəs müqaviməti dayandıra bilməz

Sionist rejimin cinayətləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin qarşısını heç kəs ala bilməz. İranın bəzi müqavimət qruplarının qarşısını almasını istəyənlər bunu bilməlidirlər və (İrandan heç bir) gözləntiləri olmamalıdır.