Əslində isə o, on iki imamın anasıdır. O, Əmirəlmöminini öz qucağında, öz ətəyində böyüdüb, bir neçə yaşına qədər öz həyatında onun yetişməsinə yer ayırdı.
Bəzi xanımlar evdə ərlərini çətinliyə salırlar. Məsələn, xanım həyat yoldaşına "filan şeyi gərək alasan, evimiz belə olmalıdır, filankəs aldığından sən də almasan, başıaşağı olacağıq",-deyir. Belə işlərlə həyat yoldaşına əziyyət etmək düzgün deyil.
Bütün kişilərin istəyi budur ki, evə daxil olarkən, orada özləri üçün ruhi asayiş və rahatlıq hiss etsinlər. Bu iş qadının vəzifəsidir və öhdəsindədir.
Bütün kişilərin istəyi budur ki, evə daxil olarkən, orada özləri üçün ruhi asayiş və rahatlıq hiss etsinlər. Bu iş qadının vəzifəsidir və öhdəsindədir.
Bir dəfə bir neçə il əvvəl bir cəmin içərisində biri məndən soruşdu ki, qadın (hüquqları) məsələsində Qərb müqabilində nə müdafiəniz var? Dedim ki, mən müdafiə etmirəm, hücum edirəm! Onlar özlərini müdafiə etməli, cavab verməlidirlər. Qadınları əşyaya çeviriblər. Müdafiə nə deməkdir? Mən müdafiə etmirəm. Biz qadın hüquqları məsələsində iddiaçıyıq (qərblilər cavab verməlidirlər).
Quran iki qadını bütün insanlar üçün nümunə göstərir. Biri Fironun həyat yoldaşı Asiya, digəri isə Məryəmdir. Quran kişiləri örnək kimi təqdim edən Qərb sivilizasiyasının tam əksinə olaraq, qadınları nümunə göstərir. (Qadınları da) təkcə qadınlar üçün deyil, əksinə, bütün insanlar üçün örnək göstərir.
Bəzilərinin iddiası bu idi ki, Qərbdə kişi və qadının münasibətlərində tam azadlığın olması kişilərin gözlərinin doymağı və bir daha cinsi zorakılıqlara yol verməyəcəyinə gətirib çıxaracaq. Günümüzdə nəinki bu baş vermədi, əksinə, cinsi şəhvət düşgünlüyü
Bəzilərinin iddiası bu idi ki, Qərbdə kişi və qadının münasibətlərində tam azadlığın olması kişilərin gözlərinin doymağı və bir daha cinsi zorakılıqlara yol verməyəcəyinə gətirib çıxaracaq. Günümüzdə nəinki bu baş vermədi, əksinə, cinsi şəhvət düşgünlüyü yüz qat artdı və müxtəlif cinsi fəsadlara səbəb oldu, bütün əxlaqi və insani sərhədləri pozub keçdi.