25/06/2024
Mübarək Qədir-Xum bayramı münasibətilə bütün müsəlmanları təbrik edirəm.​
24/06/2024
Bu əzizi itirdikdən sonra gördüm, demək olar ki, bütün qəzetlər, bütün mətbuat virtual məkanda müxtəlif cərəyanlardan olan müxtəlif insanlar onun xidmətlərindən, gecə-gündüz tanımadan etdiyi fəaliyyətlərdən danışırlar. onun işini təqdir edirlər və tərifləyirlər.  Ürəyim yandı. Ürəyim Rəisinin halına yandı.
22/06/2024
İran-Suriya əlaqələrinin möhkəmlənməsində cənab Rəisinin rolu aşkar idi və cənab Əmir Abdullahian da bu məsələyə xüsusi diqqət yetirmişdir.​
22/06/2024
Ayətullah Behişti və dostlarının "Mücahidine -Xəlq" terrorist qruplaşmaları tərəfindən şəhid olduqları gün ərəfəsində və eləcə də İranda Milli Məhkəmə Günü münasibətilə Ali Məhkəmə Orqanlarının sədr və məsul şəxsləri bu gün 22.06.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
22/06/2024
Ayətullah Behişti və dostlarının "Mücahidine -Xəlq" terrorist qruplaşmaları tərəfindən şəhid olduqları gün ərəfəsində və eləcə də İranda Milli Məhkəmə Günü münasibətilə Ali Məhkəmə Orqanlarının sədr və məsul şəxsləri bu gün 22.06.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
20/06/2024
  Əqsa fırtınası sionist rejimin bütün Qərbi Asiya məntəqəsinin siyasət və iqtisadiyyatına hərtərəfli yiyələnmə planını sona çatdırdı və (sionist rejimin) bu planı yenidən dirçəltməsinə də ümid yoxdur. ​
20/06/2024
Seçkilər çox mühümdür. Siz cavanlar görün ki, kimin inqilabın meyarları istiqamətində iş görmək bacarığı vardır. Əgər buna diqqət etsəniz, ola bilsin, yaxşı bir namizəd seçə bildiniz. 
19/06/2024
Prezident Rəisinin düşmən tərəfləri ayıran xətti açıq-aşkar idi. Düşmənin təbəssümünə (aldanıb) etimad etməzdi
19/06/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Məkarim Şirazinin xəstəliyi və xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar Tehran xəstəxanalarından birində onu ziyarət edib.
18/06/2024
Xalqa xidmət etmək və özünü xalqdan biri saymaq helikopter qəzası şəhidlərinin ən gözəçarpan xüsusiyyətlərindən biri idi. Mərhum şəhid cənab Rəisi gecə-gündüz tanımazdı və sözün həqiqi mənasında yorğunluq nədir bilməzdi.​
17/06/2024
Livanın son Fələstin və Qəzza hadisələrinə daxil olmasının dərin bir təsiri oldu və əgər belə olmasaydı, ən böyük xəsarətin Livanın özünə dəyəcəyi labüd idi.
17/06/2024
İranın Ali Dini Lideri hacılara ünvanladığı məktubda müasir tarixdə misli görülməmiş olan Qəzza faciəsinə toxunaraq belə buyurub: Sionist rejimindən və onun himayəçilərindən, xüsusəndə ABŞ-dan bəraət, Həcc mövsümünün və məkanının sərhədlərini aşmalı, dünyanın hər yerində müsəlmanların yaşadığı digər ölkələrə və şəhərlərə qədər davam etməli və hacıları da ötərək bütün insanlara sirayət etməlidir. KHAMENEI.IR saytı Allah evini ziyarət edən hacılarla həmrəylik nümayiş etdirərək saytın dəyərli istifadəçilərini öz sosial şəbəkə hesablarında “Ölüm olsun İsrailə” şüarını yaymaqla bu hərətaka qoşulmağa dəvət edir.​
17/06/2024
Siz Amerikanın əziz cavanları, tarixin dəyişildiyi bir dönəmdə hal-hazırda tam düzgün tərəfdə dayanmısınız. Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz və açıq-aşkar şəkildə qəsbkar və rəhmsiz sionist rejimini müdafiə edən dövlətinizin rəhmsizcəsinə təzyiqləri altında bu şərəfli mübarizəni başlamısınız. ​
16/06/2024
Məntəqənin hazırkı şəraiti həm sionist düşmən üçün ölüm-qalım məsələsidir, həm haqq cəbhəsi üçün.
16/06/2024
Müqavimət Suriyanın bariz kimliyidir. Suriyanın bölgədəki xüsusi mövqeyi də müqavimət kimliyindən qaynaqlanır və bu mühüm xüsusiyyət qorunmalıdır.​
15/06/2024
İrəlidən gələn seçkilərdə iş başına gələn hər bir dövlətin ən zəruri məsələləri ölkənin siyasi İstiqlaliyyətini hifz etmək olmalıdır. ​
15/06/2024
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei böyük və əzəmətli Həcc Qurultayı münasibətilə verdiyi mesajda “bəşəri miqyas” və “İslamın mənəvi amilinin gücünü” həccin vacibliyinin iki aspekti adlandırıb və Qəzzada baş verən müasir tarixdə bənzəri olmayan faciələrə toxunaraq vurğulayıb: Sionist rejim və onun havadarlarından, xüsusən də ABŞ-dan bəraət bu il Həcc mövsümündən sonra da, müsəlmanların məskunlaşdığı ölkə və şəhərlərdə, dünyanın hər yerində davam etməli və xalqa yayılmalıdır. 
15/06/2024
Hər kəs Suriya hökumətinin xüsusi imtiyazını, yəni müqaviməti öz gözləri önünə gətirməlidir.​
15/06/2024
İran İslam Respublikası dünyanın ümumi məsələlərinə nisbətdə məntiqə və sözə sahibdir. Bizim Fələstin hadisəsində, Amerika hadisələrində və dünyanın yeni nizamı mövzusunda deyəcək sözümüz vardır. Bizim (bütün bunlar haqda) sözümüz vardır və dünya bunun üzərində hesab açır. Bu, İstiqlaliyyət deməkdir.
14/06/2024
Xalqa xidmət məqsədi ilə çalışmaq saleh əməl, İlahi mükafata səbəb olan yaxşı bir işdir və əməllərinə görə bəndələrinə əcr verən və alim olan Allah onun mükafatını dünya və axirətdə verəcəkdir.
13/06/2024
Prezidentin idarəçilik tərzi xüsusi üslub idi; həmkarlarına, nazirlərinə, hökumətdə işləyən müdirlərə səmimiyyətlə yanaşırdı. Xalqın kəramət və izzətə layiq olduğuna etiqad bəsləyirdi. O, xalqa və gənclərə öz fikirlərini bildirmək üçün imkan yaradardı, xalqın ehtiramını saxlayardı.
12/06/2024
Əxlaqi fəzilətlər siyasi arenadakı çəkişmələrdə daha çox əhəmiyyət kəsb edir. Təqva iksiri, güzəşt, insaf, sədaqət, məsuliyyət altına girmək və minnətsiz iş məhz burada öz həqiqi qiymətini büruzə verir. Bu zəmində müraqibə (özünə ciddi nəzarət) məsələsinə ciddi yanaşmaq gərəkdir.
11/06/2024
Eynilə müqavimət sayılan Suriyanın səciyyəvi kimliyi mərhum Hafiz Əsəd dövründə və "Dirəniş və müqavimət cəbhəsi"nin yaradılması ilə formalaşıb. Bu kimlik Suriyanın milli vəhdətinə hər zaman kömək edib.​
10/06/2024
Şəhid Rəisi İslam inqilabı şüarlarının təzahürü idi. İnqilabın əsas şüarları prezidentin dilindən çıxırdı və o bu şüarları öz şüarları qərar vermişdi.
10/06/2024
Cənab Prezident Bəşər Əsəd, siz "Nə qədər geri çəkilsək, düşmən tərəf irəli gələcək", deyə buyurdunuz. Dediyiniz bu söz düzdür və bunda heç bir şübhə yoxdur. Bu söz 40 ildən artıqdır ki, bizim şüarımız və etiqadımızdır.​
09/06/2024
Millətimiz, əlhəmdulillah, dayanıqlı və ayıqdır və bizim Allah-təalaya etimad və təvəkkülümüz çoxdur. İnşallah, İran milləti bu hadisədən bəhrə əldə edəcəkdir.
09/06/2024
Təbriz, Qum, Tehran, Rey, Bircənd, Məşhəd, Marağa, Zəncan və Nəcəfaabadda bu şəhidlərin cənazələrinin möhtəşəm dəfn mərasimində xalqın hərəkəti və küçələrə tökülmələri İran millətinin diri olduğunu göstərdi.​
08/06/2024
Prezidentin helikopteri qəzaya uğradıqdan sonra xalqın məhəbbət və ehtiramını büruzə verməsi və onun salamatlığı üçün dua etməsi bu xalqın inqilaba və İslam inqilabının şüarlarına bağlı olduğundan xəbər verir.
08/06/2024
Amerika Birləşmiş Ştatlarının əziz universitet tələbələri! Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz.​
07/06/2024
İmam Cavad (ə) müqavimətin göstəricisidir. 25 yaşında şəhadətə yetişmiş, qısa ömür sürmüş böyük bir insandır. Hiyləgər Abbasi xalifəsi olan Məmunla mübarizə aparmış və heç vaxt bir addım belə geriyə çəkilməmiş və bütün ağır şəraitə dözmüşdür və mümkün olan bütün mübarizə metodları ilə mübarizə aparmışdır.
07/06/2024
Bu ləyaqətli Allah bəndəsinin (İmam Cavadın) qısa həyatı küfr və tüğyanla mübarizədə keçmişdir. İmam Cavad (ə) camaata bunu demək istəyirdi ki, mən İslam və Peyğəmbər ailəsinin tərəfdarıyam. İmam Rza (ə) və İmam Cavad (ə) Məmunun hiyləgər və riyakar çöhrənisi üzə çıxarmaqdan ötrü var gücləri ilə çalışırdılar və buna da müvəffəq oldular.
07/06/2024
Sionist rejimin başçıları və yüksək vəzifəli şəxsləri arasında pərişanlıq və sərgərdanlıq var. Nə etməli olduqlarını da bilmirlər.
05/06/2024
Bu səmanın altında ən yaxşı məmurlarımızdan birini itirdik, ən yaxşılarından birini itirdik. Başqa yol yoxdur, bunlara Allah-təalanın yolunda dözmək lazımdır.
05/06/2024
İran və Suriya arasında olan əlaqələrin gücləndirilməsi iki ölkənin müqavimət cəbhəsinin əsas sütunları olduğunu nəzərə alsaq mühümdür.
04/06/2024
Sionist rejim dünya əhalisinin gözü önündə əriyib aradan gedir. Artıq məhv olmaq üzrədir.
04/06/2024
İslam Cümhuriyyətinin banisi İmam Xomeyninin 50 il bundan öncə, ya ondan da qabaq Fələstinin gələcəyi haqda proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir.​
04/06/2024
Mübarizənin başlandığı ilk vaxtlarda (1963-cü ilin əvvələrində) İmam Xomeyninin evində olan şəxslərdən biri Qumda mənə belə dedi: "İmam (r.ə) gecələr iki saat yatır və gecənin qalan vaxtlarını ölkə alimlərinə, böyüklərinə və xalqın fikirlərinə təsir edə biləcək şəxslərə məktub yazmaqla keçirərdi". Bəli, əgər bu hiss o mərkəzdə (İmam Xomeynidə) olmasaydı, mərkəzlə onu əhatə edənlər arasında olan çərçivədə o coşqunluq meydana gəlməzdi və tarixin bu böyük və əzəmətli hadisəsi baş verməzdi. Sonra da gördünüz ki, bu şəxsiyyət təqribən 80 yaşında ürək xəstəsi olmasına baxmayaraq, ən ağır yükləri çiyninə götürdü və heç zaman yorulmuşam sözünü dilinə gətirmədi.
04/06/2024
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 03.06.2024-cü il tarixdə İmam Xomeyninin 35-ci ildönümü mərasimində iştirak edərək İran İslam İnqilabı banisini sevənlərin cəmi arasında xütbə etdi.
03/06/2024
  1979-cu il fevral ayının yeddisi günorta saatlarından sonra Tehranda komendant saatı elan olundu. İmam Xomeyni (r.ə) xalqa buyurdu: "Küçələrə tökülün". Əgər İmam Xomeyni o anda belə bir qərara gəlməsəydi, bu gün Məhəmmədrza bu ölkədə hökumət başında olardı. Yəni əgər komendant saatı icra olunsaydı və xalq da evlərində otursaydılar, birinci İmam Xomeynini və Rifah mədrəsəsində sakin olanları və sonra da digər məntəqələrin əhalisini qətliam edib, aradan aparardılar. 500 min nəfəri Tehranda öldürərdilər və məsələ tamam olardı. Necə ki, İndoneziyada bir milyon nəfəri öldürdülər və məsələ də bağlandı.
03/06/2024
    İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı, dünya xalqları və müsəlman dövlətləri onları dəstəkləməlidirlər. Əgər belə olarsa, sionist rejim geri çəkilməyə məcbur qalacaqdır.