Əziz və rəhim olan Allaha şükür olsun ki, onun iradə və lütfü ilə böyük İran milləti şəhid Prezidentin itkisi kimi ağır müsibətdən sonra qısa qanuni müddət ərzində prezident seçkiləri səhnəsini qaydaya salmaq, ard-arda iki cümə günü azad və şəffaf seçkilər təşkil etmək, o cümlədən bir neçə namizəd arasından əksər səsvermələr nəticəsində ölkə prezidentini seçməyin öhdəsindən gələ bildi.
Bağışlayan və mehriban Allahın adı ilə
والحمد لله ربّ العالمین والصلاة والسلام علی سیدنا محمدٍ و آله الطاهرین سیما بقیّة الله روحی فداه.
Əziz və rəhim olan Allaha şükür olsun ki, onun iradə və lütfü ilə böyük İran milləti şəhid Prezidentin itkisi kimi ağır müsibətdən sonra qısa qanuni müddət ərzində prezident seçkiləri səhnəsini qaydaya salmaq, ard-arda iki cümə günü azad və şəffaf seçkilər təşkil etmək, o cümlədən bir neçə namizəd arasından əksər səsvermələr nəticəsində ölkə prezidentini seçməyin öhdəsindən gələ bildi.
Seçkiləri təşkil edən möhtərəm məsul şəxslər lazımi əcələ və tam əmanətdarlıqla öz vəzifələrini yerinə yetirdilər və əziz xalq da məsuliyyət hissi ilə meydana gələrək hərarətli və həyəcan dolu bir səhnə yaratdılar, həmçinin seçki qutularını iki mərhələdə 55 milyondan artıq səsvermə kağızı ilə doldurdular.
Bu böyük hərəkət İran millətinin düşmənlərinin məyusluq və dalana dirənməyi təlqin etmək üçün seçkiləri baykot etmək məqsədilə yaratdıqları cəncəl müqabilində parlaq və unudulmaz bir işdir. Bütün möhtərəm namizdələr və bu namizədlərdən hər hansı birinin seçkilərdə uğur qazanması üçün həftələrlə və gecə-gündüz çalışan hər bir kəs bu iftixar və savabda şəridkirlər.
Hal hazırda İran milləti öz prezidentini seçib. Mən İran millətini, yeni seçilmiş prezidenti və bu həssas meydanın bütün fəalları, məxsusən də namizədlərin seçki dairələrindəki şövqlü cavanları təbrik etməklə yanaşı, hər kəsə ölkənin günü-gündən inkişaf və izzəti üçün həmkarlıq və nikbinliyə tövsiyə edirəm. Seçkilərdə rəqabət xarakterli rəftarların dostluq normalarına çevrilməsi məqsədə uyğundur və hər kəs bacardığı qədər ölkənin maddi-mənəvi rifahı üçün çalışmalıdır.
Yeni seçilmiş Prezident cənab doktor Pezeşkiana da tövsiyə edirəm ki, rəhman Allaha təvəkkül etməklə yüksək və aydın üfüqlərə gözünü diksin və Şəhid Rəisinin yolunu davam etməklə ölkə imkanlarından, məxsusən də gənc, inqilabi və möminlərdən ibarət insan resurslarından xalqın asayişi və ölkənin inkişafı üçün ən çox istifadəni etsin.
Növbəti dəfə Allah-təalanın dərgahında şükür məqsədi ilə alnımı yerə qoyur, Həzrət Bəqiyyətullaha (ruhumuz ona fəda) salam göndərir, ali məqamlı şəhidləri, şəhidlərin alicənab imamını (İmam Xomeynini) ehtiramla yad edir, bütün möhtərəm namizədlərə, habelə bu həssas dönəmdə rol ifa edən seçkilərdə fəal olanlara, eləcə də milli media və ölkə əmniyyətini hifz edənlərə, seçkilərdə icraedici və nəzarət edən orqanlara təşəkkürümü bildirirəm.
Seyid Əli Xamenei
06.07.2024