İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün 28.06.2024-cü il tarixdə səhər saat 8:00-da 14-cü prezident seçkilərinin başlaması ilə öz seçki vərəqəsini seçki qutusuna atdı.
Ayətullah Xamenei seçkilər gününün iranlılar üçün sevinc günü olduğunu bildirdi:
"Seçkilər günü biz İranlılar üçün şadlıq günüdür; məxsusən də prezident seçilməsi üçün seçkilər olduğu zaman".
O Həzrət xalqın seçkilərdə iştirakının həll edici olduğunu qeyd etdi:
"İslam Respublikasının adı, yəni İslam Respublikası kəlməsi bu hökumətin zatında xalqın iştirakının nəzərdə tutulmasından xəbər verir. Buna görə də davamlılıq, möhkəm dayanış, izzət və İslam Respublikasının dünyadakı abırı xalqın iştirakından asılıdır".
Daha sonra İnqilab Rəhbəri seçkilərin xalq üçün uğurlu olmasını Allahdan istəyib belə buyurdu:
"İnşallah, Allah-təala bu ölkə üçün ən yaxşı və ən faydalı seçimi nəsib etsin, gələcək illər xeyirli illər olsun və xalq da öz seçimindən razı qalsın".