25/10/2023
Amerika Qəzzada sionist rejimin cinayətində qəti şəkildə şərikdir. Amerikanın əli məzlum fələstinli uşaqların qanına boyanıb. Əslində, Qəzzada baş verən bu cinayəti Amerika idarə edir.
25/10/2023
Luristan Vilayətinin Şəhidlər Konqresinin üzvləri bu gün səhər 25.10.2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək Həzrət Ayətullah Xamenei ilə görüşüblər
Plakat

Son qalib

25/10/2023
Bu gün Fələstin xalqı düşmənə qarşı İslam naminə vuruşur və bu mübarizə düşmənin sütunlarını lərzəyə gətirib. Əgər müsəlmanlar onlara kömək etsələr, şübhəsiz, bu yol (qələbə) qısalacaq. Necə ki, bu, Quranda buyurulan hamı üçün vacib bir məsələdir. Müsəlmanlar kömək etməsələr belə, Fələstin xalqı axıra qədər müqavimət göstərsə, yenə də qalib gələcək. ​
25/10/2023
Sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir. ​
18/10/2023
Qəzzada bombardmanlar dərhal dayandırılmalıdır. Qəzzada baş verənlərə təkcə İslam ölkələrində deyil, Amerikada, Hollandiyada, Fransada və s. müsəlman və qeyri-müsəlmanlar qəzəblidirlər.
17/10/2023
Sionist rejim hər cinayətə əl atsa da, Əqsa fırtınası əməliyyatındakı rüsvayçı məğlubiyyətini təlafi edə bilməz.
17/10/2023
Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərdə sionist rejimin hazırkı siyasəti amerikalılar tərəfindən tənzimlənir. Baş verən hadisələr amerikalıların yürütdüyü siyasətin nəticəsidir. Bu vəziyyətə görə amerikalılar məsuliyyət daşıyırlar.
17/10/2023
Sionist rejimin cinayətləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin qarşısını heç kəs ala bilməz. İranın bəzi müqavimət qruplarının qarşısını almasını istəyənlər bunu bilməlidirlər və (İrandan heç bir) gözləntiləri olmamalıdır.
14/10/2023
Zülm və cinayət həddi aşarsa və yırtıcılıq son həddinə çatarsa, tufanı gözləmək gərəkdir.
14/10/2023
Əqsa tufanı fələstinlilərin şücaətli və fədakarcasına addımları olmaqla yanaşı, illərlə davam edən cinayətə bir cavab idi və (bu cinayət) son aylarda daha şiddətli olmuşdu. (Bu hadisədə isə) Müqəssir, hazırkı qəsbkar sionist rejiminə hakim olanlardır.
30/11/2022
4 Noyabr "Məktəbli Şagirdlər və Beynəlxalq Hegemonluqla Mübarizə" günü ərəfəsində görüş
19/11/2022
İsfahan şəhərində Məhərrəm əməliyyatı şəhidlərinin dəfn mərasimi və İsfahan xalqının fədakarlıq ildönümündə[1]   [1] Bu görüşün əvvəlində höccətil-islam vəl-muslimin seyyid Yusif Təbatəbai Nejad (İsfahan üzrə vəliyyi-fəqihin nümayəndəsi və imamcüməsi) bəzi mətləbləri bəyan edib.