Bu görüşdə Qəzzada baş verən hadisələrə toxunan Ayətullah Xamenei Amerikanın bu hadisələri idarə etdiyini vurğuladı:
"Amerika Qəzzada sionist rejimin cinayətində qəti şəkildə şərikdir. Amerikanın əli məzlum fələstinli uşaqların qanına boyanıb. Əslində, Qəzzada baş verən bu cinayəti Amerika idarə edir".

Söhbətin davamında zalım ölkə başçılarının İşğal olunan əraziyə səfərlərinin səbəbini açıqlayan o Həzrət belə buyurdu:
"Zalım və şər Qərb ölkələrinin prezidentlərinin işğal olunmuş əraziyə ardıcıl səfərləri sionist rejimin dağılmağını müşahidə etdikləri üçündür".

İnqilab Rəhbəri qərblilərin sionist rejimi silah gücünə ayaq üstə saxladığını qeyd edərək buyurdu:
"Sionist rejim həlledici zərbə alıb, yaralıdır və əldən düşüb. Qərblilər onu silah və bomba gücünə ayaq üstə saxlamaq istəyirlər".

Müdafiəsiz xalqdan qisas almağın israilin acizliyi olduğunu işarə edən Ayətullah Xamenei sözlərinə belə davam etdi:
"Sionist rejimin gücü döyüşçülərə çatmır və çatmayacaq deyə, bunun intiqamını Fələstinin müdafiəsiz əhalisindən, uşaq və qadınlarından alır".

Ayətullah Xamenei Fələstinin mütləq qalib gələcəyini vurğulayaraq buyurdu:
"Bu cari və gələcək məsələlərdə Fələstin mütləq qalib gələcək. Gələcək dünya Fələstinə aiddir, sionist rejimə deyil".

O Həzrət meydanın qalibinin fələstinlilər olacağını qətiyyətlə qeyd edərək buyurdu:
"Qəzza məsələsi bir tərəfdən məzlumiyyət, digər tərəfdən isə iqtidar məsələsidir. Qəzza xalqının səbri və təvəkkülü nəticədə onları meydanın qalibi edəcəkdir".

İnqilab Rəhbəri İslam ölkələrinin ABŞ və Qərbin etdiklərini təkrar etməməli olduğunu vurğulayaraq qeyd etdi:
"Amerikalıların və Qərb ölkələrinin öz evini və vətənini müdafiə edənləri terrorist adlandırıqlarını görən müsəlman dövlətləri bunları təkrar etməməlidirlər. Terrorist, Fələstini işğal edən həmin qondarma dövlətin özüdür".