22/08/2025
Növbəti nöqtə hərbi imkanların qorunması və yenilənməsidir. Hər halda bizim hərbi imkanlarımız yüksək idi ki, düşmən müharibəyə başladığı halda onun başa çatması üçün əl-ayağa düşdü. Üzdə uğur qazandıqlarını təbliğ etsələr də, əksər ölkələr və xalqlar dərk etdilər ki, düşmənimiz bu müharibədə strateji məğlubiyyətə uğradı. Bunu təsdiqləyən müxtəlif dəlillər var. Bu məsələ həm İran üçün faydalıdır, həm düşməni qıcıqlandırır. Strateji məğlubiyyətə uğramış düşmən təbii ki bir yolla müvəffəqiyyət qazanmağa çalışacaq. Düşmənin ümidini necə qırmaq olar? Ölkənin hərbi və təhlükəsizlik imkanları genişlənməli, işlərimizdəki bəzi iradlar aradan qaldırılmalıdır. Vaxtımızın bir hissəsi iradları üzə çıxarmağa sərf edilməlidir.      
22/08/2025
Son hadisədə Ermənistanla Azərbaycan arasında baş verən məsələdə baxmaq lazımdır ki, bu addım İran üçün geosiyasi bir təcrid və basqı yarada bilər, yoxsa yox? Onlar özləri deyirlər ki, belə deyil, amma əgər belə bir təcrid olarsa, biz mütləq şəkildə qarşısını almalıyıq.
07/08/2025
Həzrət Ayətullah Xamenei bir sərəncamla cənab doktor Əli Laricanini Ali Milli Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi kimi təyin etdi.​