Bu dəvəti eşitmək lazımdır. Qəlbi, zahiri və batini gözləri açmaq lazımdır. Bu dərsləri öyrənmək və onlardan faydalanmaq üçün iradəni möhkəmləndirmək lazımdır. Hər kəs öz gücü ölçüsündə bu yolda addım ata bilər; alimlər, ziyalılar, siyasi və ictimai mövqeyə sahib olanlar isə digərlərindən daha artıq məsuliyyət daşıyırlar.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Təbəsdə mədənin partlaması ilə bağlı kədərli hadisə və bir neçə işçinin dünyasını dəyişməsi münasibətilə dağ görmüş ailələrə başsağlığı mesajı ilə yanaşı işçilərə yardım üçün maksimum səy göstərilməsinin vacibliyini vurğulayıb.