Bu gün və həmişə bəşəriyyət İslam Peyğəmbərinin təlimlərinin müxatəbidir. Necə Peyğəmbər o gün insanları bütlərdən uzaq olmağa və onları sındırmağa çağırdısa, bu gün də eyni xitab mövcuddur. Bu, dəyərli İslam Peyğəmbərinin (s) və İslam besətinin bizdən tələbidir.
Bütün dünya müsəlmanlarını Məbəs bayramı münasibəti ilə təbrik edirəm.
Qətiyyətlə deyə bilərik ki, tarix boyu dünyada bəşəriyyət üçün ən mübarək və ən böyük hadisə İslamın dəyərli Peyğəmbərinin (s) besətidir.
Məbəs bayramı münasibətilə dünyanın bütün haqq ardınca olanları və müsəlmanlarını təbrik edirəm. Əgər besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməyi) nidası haqq ardınca olanlara çatsa, əlbəttə, onların qəlblərini özünə cəzb edəcək.
Düzdür, besət (Peyğəmbərin peyğəmbərliyə seçilməsi), tarixdə baş vermiş bir hadisədir. Ancaq biz olduğumuz zamanda da bu hadisədən bəhrələnə bilərik, yəni besətin bütün dövrlərdə olan müsəlmanlara mesajı budur ki, əgər insanların iradə və əzmi Allahın iradəsi ilə üst-üstə düşsə və İlahi iradəyə tabe olsa, insanlar, hətta mümkünsüz görünən işləri bacarar, normal düşüncə və hesablamalara görə əlçatmayan hədəflərə çata bilərlər.