İran İslam Respublikası sərt gücdən daha çox yumşaq gücə arxalanıb. Mənim qabaqcıl silah sisteminə malik olmağa etiqadım var, amma bunun yanında güclü silahlar, fikri, danışıq və güclü məntiq silahı olmalıdır.
(Həzrət Fatimə) uşaqlıqda anasını itirir və bu da belə bir yaşda bir qız (uşağı) üçün çox çətindir. O bu çətinliyə dözməklə yanaşı böyük bir işi yerinə yetirir və bu, qız uşağıdır ki, atasının qəmxarına çevrilir. Bu qəmxarlıq Mədinə dövründə, Ühüd, Xəndək və bir çox başqa yerlərdə də davam etdi və Peyğəmbər (s) həmin zamanda buyurdu: "Fatimətə atasının anasıdır". O, Peyğəmbər (s) üçün analıq etdi.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu günündə bir qrup Əhli-Beyt (ə) məddahları çərşənbə günü səhər saatlarında 03.01.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

Dünyanın bugünkü qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb və Fatimeyi-Zəhra olarsa, onun işi düzgün dərk etməkdən, mövqeyini dərk etməkdə sayıq olmaqdan, fədakarlıqla yanaşı ən gözəl işləri seçməkdən və hər şeyin bahasına olsa da, Allahın insanların çiyninə qoyduğu bütün böyük öhdəlikləri yerinə yetirməkdə dayanıqlı olmaqdan ibarət olacaqdır. Bir qadının ki örnəyi Fatimeyi-Zəhra və yaxud Zeynəbi-Kübra olarsa, nəticə bu olacaq.
Əgər qadın cah-cəlalın, kef çəkməyin, ötəri həvəslərin, həmçinin təməli və kökü olmayan hisslərə təslim olarsa, o yolu gedə bilməyəcəkdir.
(Tərəqqiyə tərəf) Yol gedən adamın ayağı hörümçək toruna bənzər bu bağlılıqlardan qurtulmalıdır ki, o yolu gedə bilsin.
Xanım Zəhraya (s.ə) olan bu məhəbbət və bağlılıq üzərimizə vəzifə qoyur. Vəzifə budur ki, biz o böyük şəxsiyyətin yoluna həm şəxsi, həm də ictimai və ümumi rəftarlarımızda əməl edək. Yol həmin yoldur ki, bu gün inqilab Allahın lütfü ilə xalqımızın gözü qarşısında qərar vermişdir. Bu, Həzrət Fatimənin (s.ə) getdiyi həmin yoldur, yəni özünü və dünyanı islah etmə yolu.