Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu günündə bir qrup Əhli-Beyt (ə) məddahları çərşənbə günü səhər saatlarında 03.01.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei yumşaq gücün sərt gücdən daha təsirli olduğunu qeyd edib bildirib:
"Yumşaq güc sərt gücdən daha nüfuzedici və təsirlidir. Buna görə də Amerika bütün hərbi və nüvə avadanlığının olmağına baxmayaraq, Hollivuda pul xərcləyir. Amerika Əfqanıstanda və İraqda 20 il milyardlar xərclədi və axırda da xalqın nifrətini qazanaraq qaçmağa məcbur oldu. Bu, sərt gücün müvəqqəti təsirinə görədir".
Sərt və yumşaq güc arasında olan fərq və fasilədən danışan o Həzrət sözlərinə belə davam etdi:
"Yumşaq güc, yəni zahirdə az saylı, lakin mənəvi təsirə malik bir qrupun dünyanın diqqətini özünə cəlb edə bilməsidir. Özlərini müdafiə edəcək silahları olmayan fələstinlilər səbir və müqavimətlə dünyanın diqqətini özlərinə cəlb edə bildilər. Sərt və yumşaq güc arasındakı fərq bu qədər çoxdur".
Sərt gücün olmağının zərurətinə rəğmən fikri, danışıq və məntiq silahlarının olmağını daha vacib sayan İnqilab Rəhbəri belə buyurdu:
"İran İslam Respublikası sərt gücdən daha çox yumşaq gücə arxalanıb. Mənim qabaqcıl silah sisteminə malik olmağa etiqadım var, amma bunun yanında güclü silahlar, fikri, danışıq və güclü məntiq silahı olmalıdır".
O Həzrət İran xalqını heç bir qüvvənin geriyə otuzdura bilməyəcəyini təkidlə vurğulayaraq buyurdu:
"İran xalqı Allah yolunda irəliləyir və heç bir qüvvə onu geriyə otuzdura bilməz".
Ayətullah Xamenei İslam dünyasının nəbzinin bu gün Qəzzada döyündüyünü qeyd etdi:
"Bu gün İslam dünyasının küfr dünyası və Amerika ilə sərhədi #Qəzzadadır. İslam dünyasının nəbzi bu gün Qəzzada döyünür".