İmam Hüseyn (ə) vəzifəni icra etməkdən ötrü hərəkət etdi. Lakin vəzifəni yerinə yetirmək yolunda bir ehtimal insanın qüdrətə yetişməsi, bir ehtimal da insanın şəhid olmasıdır. Məqsəd budur ki, biz bu əməli yerinə yetirə bilək.
Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.
Bu bir-iki ildə keçən Məhərrəmlik bizim minillik Məhərrəmlik tariximizdə ən dolğun mənalı və ən həyacan dolu Məhərrəmlikdir. Bizim Məhərrəmliyimiz mesaj ötürən, cihad və müqavimət ocağı olan Məhərrəmlikdir. Şiə məntiqində və İslam mədəniyyətində Məhərrəmliyin mənası ideal olan haqq yolda öz qanından keçməyin, şəhid olmağın və qiyam etməyin bütün bəşəriyyət və insanlıq üçün dəyərli olmasıdır.
İnsanın bəşəriyyətin tərəqqisi üçün bir addım daha artıq məşəqqətlərə qatlaşmaq istəyinin dəyəri vardır. Məsələn, İmam Hüseynin (ə) şəhadətə çatdığı həmin o hədəf kimi. Bundan daha üstün bir şey yoxdur ki, İmam Hüseyn (ə) o qədər zəhmət çəkdi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.
İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
Qədir-Xum hadisəsi və Əmirəlmömininin (ə) dəyərli İslam Peyğəmbəri (s) tərəfindən İslam ümmətinin Əmr sahibi ünvanında təyin olunması böyük və dolğun mənalı bir hadisədir. Bu, həqiqətdə əziz Peyğəmbərin (s) camiənin idarəçilik məsələsinə dəxalət etməsidir. Hicrətin onuncu ili Zihəccə ayının on səkkizi baş verən bu hərəkətin mənası İslamın camiənin idarəçilik məsələsinə əhəmiyyət verməsidir. Bu cür deyil ki, İslam nizamında və İslam camiəsində idarəçilik işləri öz başına buraxılsın və buna etinasız yanaşılsın. Səbəb budur ki, bir cəmiyyətin idarə olunması məsələsi həmin cəmiyyətdə olan ən təsirli məsələlərdən biridir.
İmam Hadi və digər imamların (əleyhimussəlam) hamısı Allah hakimiyyətini və İlahi qanunları cəmiyyətlər üzərində bərqərar etmək xətti üzrə hərəkət ediblər. (Bu yolda) Səylər göstərildi, cihadlar edildi, əziyyətlər çəkildi. Bu yolda zindanlara, sürgünlərə, səmərəli və mənfəət dolu şəhidliklərə təhəmmül edilmişdir.
Səkkizinci İmam Əli ibn Musa Rza (əleyhissəlam) oğlu İmam Cavada (ə) məktub yazdı: "Oğlum, Allah yolunda infaq elə və Allahın səni çətinlik və yoxsulluqda saxlayacağından qorxma".
Əgər İmamlar, o cümlədən İmam Səccad (əleyhissalam) həmin şəraitdə belə açıq və zorakı hərəkətlərə əl atsaydılar, şübhəsiz ki, şiəliyin kökü kəsilərdi və Əhli-beyt məzhəbinin, imamət və vilayət sisteminin sonrakı dövrlərdə inkişafı üçün heç bir zəmin qalmazdı, hər şey aradan gedər və məhv olardı.
Besətin qarşısında duran cəbhə cahiliyyət cəbhəsidir. Cahiliyyəti yalnız müəyyən bir tarixi dövrə aid bir hadisə kimi dəyərləndirmək olmaz. Cahiliyyəti davam etdiyi kimi besət də davam edir.
Seyid Əli Xamenei
05.05.2016
İmam Hüseyn (ə) bu böyük vacib vəzifəni yerinə yetirmək üçün İslam cəmiyyətinin yenidən qurulması və ya böyük sapmalara qarşı mübarizə aparmaq üçün qiyam etdi...
İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.