Səkkizinci İmam Əli ibn Musa Rza (əleyhissəlam) oğlu İmam Cavada (ə) məktub yazdı: "Oğlum, Allah yolunda infaq elə və Allahın səni çətinlik və yoxsulluqda saxlayacağından qorxma".

İslamın bu fikir tərzi təkcə orta təbəqəli və kasıblara aid deyil və nə vaxt döyüş, sel və ya müxtəlif ehtiyaclar üçün bir şeyi elan etsək, ilk icabət edən cəmiyyətin orta təbəqəli insanları olurlar. Gəlib üzüklərini, qızıllarını verirlər və görəndə ki, necə də zəif təbəqəli ailələrdir, insan xəcalət çəkir, gözündən yaş gəlir, bu üzüyün zahiri qiyməti aşağı olsa da, batini çox dəyərli və qiymətlidir.

Əsasən, belələri–kasıb və orta təbəqəli insanlar gəlirlər və (nə isə) verirlər. Pulu çox olanlar isə az gəlirlər. Demirəm ki, heç gəlmirlər, amma az gəlirlər və bu, düzgün deyil. İslam cəmiyyətində pulu çox olanlar çox verməlidirlər və belə düşünməməlidirlər ki, malları azalacaq, çünki əllərinə gələn əllərindən çıxan şeylərdən dəfələrlə böyük və dəyərlidir.

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
20.11.1987