Hidden in list: 
Show in list
Qüdsü xilas etməyin yeganə yolu... Plakat

Qüdsü xilas etməyin yeganə yolu...

Şərafətli Qüdsü xilas etməyin yeganə yolu mübarizə və müqavimətdir, digər yollar isə nəticəsiz və sonsuzdur. ​
Bütün işlər özünü islah etmənin müqəddiməsidir Plakat

Bütün işlər özünü islah etmənin müqəddiməsidir

İlahi bağışlanma xətaları islah etmək anlamında olmaqla bərabər, özümüzə və başqalarına vurduğumuz zərbələri təlafi etmək mənasını daşıyır. Əgər bəşər ciddi surətdə xəta və fəsadları islah etmək ardınca olarsa, Allahın yolu hamar və bəşərin sonu yaxşı olacaqdır. Biz insanların problemi öz səhvimizdən, onu islah etməyin zərurətindən və islah etməyi özümüzdə həyata keçirməkdən qəflət etməyimizidir. Əgər bu qəflətlər aradan gedərsə və bu əzm (bizdə) yaranarsa, hər bir şey islah olar. Birinci mərhələdə (başlanğıc və ən böyük vəzifələrimizdən biri olan mərhələdə) özümüz islah oluruq və əsas olan da budur. Yəni bütün işlər özünü islah etmənin müqəddiməsidir. Bütün işlər özündə İlahi razılığı ələ gətirməyin müqəddiməsidir. ​
Yumşaq güc sərt gücdən daha təsirlidir Plakat

Yumşaq güc sərt gücdən daha təsirlidir

Yumşaq güc sərt gücdən daha nüfuzedici və təsirlidir. Buna görə də Amerika bütün hərbi və nüvə avadanlığının olmağına baxmayaraq, Hollivuda pul xərcləyir. Amerika Əfqanıstanda və İraqda 20 il milyardlar xərclədi və axırda da xalqın nifrətini qazanaraq qaçmağa məcbur oldu. Bu, sərt gücün müvəqqəti təsirinə görədir.
Sərt və yumşaq güc arasındakı fərq Plakat

Sərt və yumşaq güc arasındakı fərq

Yumşaq güc, yəni zahirdə az saylı, lakin mənəvi təsirə malik bir qrupun dünyanın diqqətini özünə cəlb edə bilməsidir. Özlərini müdafiə edəcək silahları olmayan fələstinlilər səbir və müqavimətlə dünyanın diqqətini özlərinə cəlb edə bildilər. Sərt və yumşaq güc arasındakı fərq bu qədər çoxdur. ​
Bizi heç bir qüvvə geriyə otuzdura bilməz Plakat

Bizi heç bir qüvvə geriyə otuzdura bilməz

İran xalqı Allah yolunda irəliləyir və heç bir qüvvə onu geriyə otuzdura bilməz. ​
Sionistlərin qabaqlayıcı qüdrətləri bitdikdə bu rejim süqut edəcək Plakat

Sionistlərin qabaqlayıcı qüdrətləri bitdikdə bu rejim süqut edəcək

On illər öncə sionist rejimin əsas qurucularından biri sayılan Ben Qurion xəbərdarlıq etmişdi ki, onların qabaqlayıcı qüdrəti bitdikdə bu rejim süqut edəcəkdir. Onların qabaqlayıcı qüdrətləri artıq başa çatıb və ya bitmək üzrədir.
Bizi heç bir qüvvə geriyə otuzdura bilməz Plakat

Bizi heç bir qüvvə geriyə otuzdura bilməz

İran xalqı Allah yolunda irəliləyir və heç bir qüvvə onu geriyə otuzdura bilməz.
Fikri, danışıq və məntiq silahları da olmalıdır Plakat

Fikri, danışıq və məntiq silahları da olmalıdır

İran İslam Respublikası sərt gücdən daha çox yumşaq gücə arxalanıb. Mənim qabaqcıl silah sisteminə malik olmağa etiqadım var, amma bunun yanında güclü silahlar, fikri, danışıq və güclü məntiq silahı olmalıdır.
Atasının anası Plakat

Atasının anası

(Həzrət Fatimə) uşaqlıqda anasını itirir və bu da belə bir yaşda bir qız (uşağı) üçün çox çətindir. O bu çətinliyə dözməklə yanaşı böyük bir işi yerinə yetirir və bu, qız uşağıdır ki, atasının qəmxarına çevrilir. Bu qəmxarlıq Mədinə dövründə, Ühüd, Xəndək və bir çox başqa yerlərdə də davam etdi və Peyğəmbər (s) həmin zamanda buyurdu: "Fatimətə atasının anasıdır". O, Peyğəmbər (s) üçün analıq etdi.
Fələstinli cavanlar; iradələr müharibəsinin qalibləri Plakat

Fələstinli cavanlar; iradələr müharibəsinin qalibləri

Fələstinli cavanlar öz fədakarcasına əməliyyatları ilə Fələstinin müdafiəsi üçün sipər olmuşlar... Bu gün Fələstində və bütün Qərbi Asiyada "Yenilməz iradə" "Məğlub edilməz" sionist ordusunu əvəz etdi. ​