Hidden in list: 
Show in list
Bu əzizlər İlahi rəhmətə qovuşdular Mesaj

Bu əzizlər İlahi rəhmətə qovuşdular

Bu ağır hadisədə Təbrizin sevimli və mötəbər imam-cüməsi höccətül-İslam, vəl-müslimin Ali Haşim, mücahid və fəal xarici işlər naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin inqilabi və dindar meri cənab Malik Rəhməti kimi görkəmli şəxsiyyətlər, uçuş ekipajı və bir dəstə həmkarları İlahi rəhmətə qovuşdular.​
İran İmam Rzanın İranıdır Plakat

İran İmam Rzanın İranıdır

İran İmam Rzanın İranıdır. 8-ci imam olan şəfqətli imamın bərəkəti bütün ölkə əhalisinin vəziyyətinə şamildir.​
Əksər imamlar tanınmayıblar... Plakat

Əksər imamlar tanınmayıblar...

Əksər imamlar tanınmayıblar. İmam Həsən Müctəba (ə) o əzəməti ilə tanınmayıbdır. Həzrət Museyi-Kazim (ə), Həzrət Hadi (ə) və İmam Cəfər Sadiq (ə) o böyüklükdə və fövqəladə təşkilatlanma ilə dünyada tanınmayıblar.​
İmamları dünyaya tanıtdırmaq vəzifəmizdir Plakat

İmamları dünyaya tanıtdırmaq vəzifəmizdir

Məncə, biz şiə cəmiyyəti olaraq bizim üzərimizə düşən böyük bir vəzifə öz imamlarımızı dünyaya tanıtdırmaqdır.​
İmamlara mərifət cəhətdən nöqsanımız var Plakat

İmamlara mərifət cəhətdən nöqsanımız var

Şiə cəmiyyəti içərisində imamlara mərifət cəhətdən çox nöqsanlarımız vardır. Bəzən bir cəhətə aşırı dərəcədə və səthi surətdə (dəlillərlə) diqqət ayrılıb, digər cəhətlər isə diqqətdən kənarda qalıb. Bəzən də, hətta bu ifrat dərəcədə yanaşılana da diqqət edilməmiş və elə həmin zahiri məsələlər və zahiri diqqətlərlə kifayət olunmuşdur.​
Prezident Rəisiyə can sağlığı arzulayıram Plakat

Prezident Rəisiyə can sağlığı arzulayıram

Ümidvarıq ki, Allah-təala dəyərli və əziz Prezidenti və onu müşayiət edənləri millətin ağuşuna qaytarsın.
Ölkə idarəçiliyində problem yaranmayacaq Plakat

Ölkə idarəçiliyində problem yaranmayacaq

Hər kəs bu xidmətkar dəstənin salamatlığı üçün dua etsin. İran milləti narahat olmasın, ölkə idarəçiliyində heç bir problem yaranmayacaqdır.
Siz Amerikanın inhisarını sındırdınız... Plakat

Siz Amerikanın inhisarını sındırdınız...

Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur. "Biz filan gəmilərin filan boğazdan keçməsinə icazə vermirik" deməsi çox böyük qələtdir.
Müəllimlərdən olan gözləntim Plakat

Müəllimlərdən olan gözləntim

Şagirdi milli iftixarlar, ölkənin mövcud imkanları, habelə düzgün yolları keçməklə, doğru şüarlar verməklə ələ gələn qələbələrlə tanış edin. Bunların kənarında xətərlərlə, düşmən və düşmənçiliklərlə də tanış edin. Bu da (müəllim cəmiyyətindən olan) başqa bir gözləntidir.
Müəllim şagirdin kimliyini formalaşdırır Plakat

Müəllim şagirdin kimliyini formalaşdırır

Bizim siz müəllimlərdən də gözləntilərimiz vardır. Müəllim təkcə elmi tədris edən deyil, eyni zamanda şagirdin şəxsiyyətini də formalaşdırandır. Bu məsələyə diqqət edin. Diqqət edin ki, siz bu gənc və yeniyetmənin şəxsiyyətini formalaşdırırsınız. Əgər dərindən iş görsəniz və (o şagird) universitetə getsə, universitetdə mövcud olan problem ona təsir etməyəcək, onun şəxsiyyəti formalaşacaqdır. Siz həqiqətdə sinifinizdə olan bu gənc və yeniyetmənin batini potensial və istedadlarını üzə çıxarırsınız. Beləliklə də, sizlər şəxsiyyət formalaşdırırsınız.