Hidden in list: 
Show in list
İran milləti fədakarlıq edənlərə borcludur Plakat

İran milləti fədakarlıq edənlərə borcludur

İran milləti bütün vücudu ilə isar edənlərin (fədakarlıq edənlərin) təlaş və mücahidliklərinə borcludur. (Bu fədakarlar) Həm canlarını fəda edərək şəhid olanlar, həm də döyüş cəbhələrinə gedib, təhlükəni gözə alıb, can qoymuş və bütün güclərini sərf etmiş, lakin Allah-təalanın istəyi ilə bərəkətlərinin ölkəsi və İslam dünyası üçün davamlı olmağından ötrü sağ qalan şəxslərdir. General Süleymani də fədakardır və eyni zamanda da şəhiddir. Bu generallar da canlı şəhiddirlər, bir şərtlə ki, bu yolu davam etsinlər.
Təslim olmamaq fələstinliləri qalib edəcək Plakat

Təslim olmamaq fələstinliləri qalib edəcək

Qəzza əhalisi və mübarizləri dağ kimi dayandılar. Su, yemək, dərman və yanacaq çatmır, lakin duruş gətiriblər və təslim olmurlar. Həmin bu təslim olmamaq onları qalib edəcəkdir.
Qəsbkar rejim yer üzündən silinəcək Plakat

Qəsbkar rejim yer üzündən silinəcək

Şübhəniz olmasın ki, sionist, qəsbkar və düşmən olan rejimin bir gün yer üzərindən kökü kəsiləcəkdir və inşallah, bu, gələcəkdə yüz faiz baş verən hadisələr sırasındadır. Ümidvarıq ki, siz gənclər onu öz gözlərinizlə görəsiniz.
Fələstinlilər üçün bənzərsiz olan Qəzza hadisəsi Plakat

Fələstinlilər üçün bənzərsiz olan Qəzza hadisəsi

Qəzza hadisəsi Fələstin xalqı və fələstinli mübarizlər tərəfindən də bənzərsizdir, çünki bu cür duruş gətirmək, səbr, müqavimət və bu cür düşməni dəli etmək müşahidə olunmamışdı.
Analoqu olmayan Qəzza hadisəsi Plakat

Analoqu olmayan Qəzza hadisəsi

Qəzza hadisəsinin iki cəhətdən analoqu yoxdur. Sionist rejim tərəfindən bu hadisənin analoqu yoxdur, çünki heç zaman belə bir uşaq qətliamı, xəstəxanada olan xəstələrin başlarına səngər dələn bomba yağdırmaq və bu cür rəhimsizlik bu tarixi dönəmdə görünməmişdi.
Müsəlman millətlər öz dövlətlərindən tələb etsinlər Plakat

Müsəlman millətlər öz dövlətlərindən tələb etsinlər

Müsəlman millətlərin vəzifəsidir ki, öz dövlətlərindən sionist rejimə hər növ köməkliyin və hətta öz əlaqərini də kəsməyi tələb etsinlər. Əgər öz əlaqələrini (qəsbkar rejimlə) bir dəfəlik kəsməyə qadir deyillərsə, heç olmasa müvəqqəti olaraq kəssinlər.
Qəsbkar rejimə kömək dayandırılmalıdır Plakat

Qəsbkar rejimə kömək dayandırılmalıdır

Bəzi müsəlman dövlətləri sionist rejimə kömək etməklə cinayətə mürtəkib olurlar. Bu gün müsəlman dövlətlərin vəzifəsidir ki,  mal, neft, yanacaq və sair kimi şeylərin sionist rejimə çatmasına imkan verməsinlər, necə ki o (qəsbkar rejim), Qəzza əhalisinə suyun çatmasına imkan vermir.
Azərbaycan (Təbriz) xalqı üstün kimliyə malikdir. Plakat

Azərbaycan (Təbriz) xalqı üstün kimliyə malikdir.

Azərbaycan onu fərqli, üstün edən kimliyinə çox diqqətli olmalıdır. Sözün əsil mənasında bizim Azərbaycan adlandırdığımız məcmuə İran xalqı arasında üstün kimliyə malikdir.
Ən gözəl nümunə şəhidlərdir Plakat

Ən gözəl nümunə şəhidlərdir

Gənclərimizə nümunə lazımdır. Ən gözəl nümunə şəhidlərdir. ​
Kövsər, yəni... Xəbər

Kövsər, yəni...

İslam mütərəqqi (artmaqda olan) bir dindir, "Biz həqiqətən də, sənə Kövsər əta etdik". Kövsərin mənası, yəni artmaqda olan deməkdir. Buna görə Allahın Rəsulu buyurur: Ey Salman, qızım Fatiməni (ə.s) sevən cənnətdə, onunla düşmənçilik edən isə cəhənnəmdədir. Ey Salman, Fatimənin (ə.s) məhəbbəti ölüm anında, qəbirdə, əməlin ölçülməsində, Məhşərdə, Sirat (körpüsündə) və hesab çəkilən zaman daxil olmaqla yüz yerdə fayda verər.​ -  Əzəmətli həqiqət kitabı, s. 45​ -  12.07.1983