Hidden in list: 
Show in list
İnqilabi hökumət nə deməkdir Plakat

İnqilabi hökumət nə deməkdir

İnqilabi hökumət nə deməkdir? Yəni bir sıra çətin və mürəkkəb mübarizələri arxada qoyduqdan sonra acı həqiqətlərlə yanaşı meydana gəlmiş bir hökumətdir. Yəni mübarizə ilə vücuda gəlmiş bir hökumət.
Rəftarlamızda olan səhvləri tapmalıyıq Plakat

Rəftarlamızda olan səhvləri tapmalıyıq

Bəzi günahlar vardır ki, insan onların günah olmasına diqqət etmir. Danışdığımız sözlər və sosial şəbəkələrdə verdiyimiz nəzərlərin bir çoxuna görə (Allah dərgahında) cavab verməliyik. Xülasə, ehtiyatlı olmaq lazımdır. Quran buyurur: "Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır". Rəftarlamızda olan səhvlərin tapılmasına diqqət etmək lazımdır. Əgər bunlar bilinsə, islah olunması, onlara görə tövbə və istiğfar etmək də mümkün olacaqdır. Əgər bu səhvlər tapılmasa, insan daha tövbə də etməyəcək, üst-üstə yığışıb qalacaq və qəlbi nurani olmaqdan saxlayacaqdır. Belə olması isə heyifdir.
Ramazan ayının nuraniyyətini qoruyub saxlayın Plakat

Ramazan ayının nuraniyyətini qoruyub saxlayın

Sizlər gəncsiniz; orucun, Quran tilavətinin, gecə vaxtı, sübh namazında qabaq və gündüzlər oxunan duaların sizlərdə yaratdığı təsir mənim kimilərlə müqayisədə neçə qat artıqdır. Sizlər mütləq şəkildə bu il Ramazan boyu nuranilik əldə etmisiniz. Bu nuraniyyəti qorumağa çalışın. Bunun yolu da günahdan uzaq qalmaqdadır.
Müsəlman xalqlar əlaqələrin kəsilməsinin tərəfdarıdırlar Plakat

Müsəlman xalqlar əlaqələrin kəsilməsinin tərəfdarıdırlar

İslam ölkələrinin sionist rejimlə əlaqələrinin kəsilməsi təkcə bizim deyil, eyni zamanda müsəlman millətlərin də gözləntisidir. Əgər müsəlman ölkələrində bu haqda referendum keçirilsə, heç şübhəsiz, nəzər verərlər ki, dövlətləri əlaqələri kəsməlidirlər.
Müsəlman dövlətlər sionist rejimlə əlaqələri kəssinlər Plakat

Müsəlman dövlətlər sionist rejimlə əlaqələri kəssinlər

Müsəlman dövlətlər sionist rejimlə iqtisadi və siyasi əlaqələri, ən azı, müvəqqəti olsa da, dayandırsınlar! Nə qədər ki bu cinayətlər baş verir, (sionistlərlə) əlaqələr kəsilsin və onlara kömək olunmasın.
Sionist rejimə kömək öz ölkələrinin dağılmasına səbəbdir Plakat

Sionist rejimə kömək öz ölkələrinin dağılmasına səbəbdir

Fələstin hadisəsində müsəlman dövlətlərin sionist rejimə kömək etməsi təəssüf doğurucu bir haldır. Sionistlər bir ölkəyə daxil olan zaman ağcaqanad kimi o ölkənin qanını öz xeyirlərinə sovururlar. Sionist rejimə kömək etmək özlərinin də məhv olmalarına kömək etmək deməkdir.
İslam dünyasında dəyişiklik baş verməkdədir Plakat

İslam dünyasında dəyişiklik baş verməkdədir

Fələstin məsələsinin London, Paris və Vaşinqtonda birinci məsələyə çevrilməsi kiçik bir şey deyil. Bu görülməmiş bir hadisədir. Məlum məsələdir ki, İslam dünyasında yeni bir dəyişiklik həyata keçməkdədir.
Casusluq yuvası olan Amerika səfirliyi Plakat

Casusluq yuvası olan Amerika səfirliyi

Casus yuvasının ələ keçirildiyi həmin gün Amerika hökumətinin abır, etibar və vüqarı indikindən qat-qat yüksək idi. Siz bu günə baxmayın ki, Amerika insanların gözündə həqir olub, kiçilib və xalqlar açıq şəkildə Amerikanı söyür və onları lənətləyirlər. O gün isə belə deyildi. O gün Amerika dünyada birinci dərəcəli hegemon idi və heybətə sahib idi.
Dünyaya nümunə olan gənclər Plakat

Dünyaya nümunə olan gənclər

Dünya mediası öz nümunələrini təqdim edərək insanları azdırmaq üçün bütün imkanlardan istifadə edir. Millətlərin əllərində də onların qarşısında təqdim edəcək heç bir nümunələri yoxdur, lakin bizim əlimizdə vardır. İmam Həsən (ə) və İmam Hüseynə (ə) "Cənnət əhlinin cavanlarının ağası",— deyirlər. Yəni onların gəncliyi həmişə bir nümunə olaraq dünya gənclərinin gözü önündə olmalıdır. Peyğəmbər (ə) və Əmirəlmömininin (ə) gəncliyi də belədir.