زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
İsveçdə Qurana olunan təhqir məkirli bir hadisədir Plakat

İsveçdə Qurana olunan təhqir məkirli bir hadisədir

İsveçdə müqəddəs Qurani-Məcidə qarşı hörmətsizlik etmək acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisədir. Bu cinayəti törədən şəxsə veriləcək ən ağır cəza bütün İslam alimlərinin yekdil nəzəridir.
İsveç hökuməti müsəlmanlara qarşı müharibə mövqeyindədir Plakat

İsveç hökuməti müsəlmanlara qarşı müharibə mövqeyindədir

İsveç hökuməti onu da bilməlidir ki, Quranı yandıran cinayətkarı dəstəkləməklə İslam dünyasına qarşı müharibə mövqeyi tutmuş və bütün müsəlman xalqların və onların hökumətlərinin bir çoxunun nifrət və düşmənçiliyini özünə doğru cəlb etmişdir.
İsveç hökuməti cinayətkarı təhvil versin Plakat

İsveç hökuməti cinayətkarı təhvil versin

İsveç hökumətinin vəzifəsi Quranın yandırılmasına səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir.
Düşmənlər Quranın nurunu söndürə bilməzlər Plakat

Düşmənlər Quranın nurunu söndürə bilməzlər

Pərdə arxasındakı hiyləgərlər bilməlidirlər ki, Qurani-Kərimin hörməti günü-gündən artacaq və onun hidayət nurları daha da parlaq olacaqdır. Bu hiyləgərliyi edənlər və onun icraçıları getdikcə artmaqda olan Quranın parlaqlığının qarşısını ala bilməyəcək qədər cılızdırlar. Allah öz işinə qalibdir.
İmam Hüseyn (ə) vəzifəni icra etmək üçün hərəkət etdi Plakat

İmam Hüseyn (ə) vəzifəni icra etmək üçün hərəkət etdi

İmam Hüseyn (ə) vəzifəni icra etməkdən ötrü hərəkət etdi. Lakin vəzifəni yerinə yetirmək yolunda bir ehtimal insanın qüdrətə yetişməsi, bir ehtimal da insanın şəhid olmasıdır. Məqsəd budur ki, biz bu əməli yerinə yetirə bilək.
Aşura hadisəsi Plakat

Aşura hadisəsi

Aşura hadisəsi Allah yolunda cihad, fədakarlıq və şəhadət zirvəsinin göstəricisidir.
Peyğəmbər (s) səhabələri Kərbəlada Plakat

Peyğəmbər (s) səhabələri Kərbəlada

Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
Vacib Həcci daha vacib olan Aşura üçün tərk etmək Plakat

Vacib Həcci daha vacib olan Aşura üçün tərk etmək

Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.  
Şiə məntiqində Məhərrəmliyin mənası Plakat

Şiə məntiqində Məhərrəmliyin mənası

Bu bir-iki ildə keçən Məhərrəmlik bizim minillik Məhərrəmlik tariximizdə ən dolğun mənalı və ən həyacan dolu Məhərrəmlikdir. Bizim Məhərrəmliyimiz mesaj ötürən, cihad və müqavimət ocağı olan Məhərrəmlikdir. Şiə məntiqində və İslam mədəniyyətində Məhərrəmliyin mənası ideal olan haqq yolda öz qanından keçməyin, şəhid olmağın və qiyam etməyin bütün bəşəriyyət və insanlıq üçün dəyərli olmasıdır.
Fədakarılığın zərurəti Plakat

Fədakarılığın zərurəti

İnsanın bəşəriyyətin tərəqqisi üçün bir addım daha artıq məşəqqətlərə qatlaşmaq istəyinin dəyəri vardır. Məsələn, İmam Hüseynin (ə) şəhadətə çatdığı həmin o hədəf kimi. Bundan daha üstün bir şey yoxdur ki, İmam Hüseyn (ə) o qədər zəhmət çəkdi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?