زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Ərbəinin əks-sədası İslama və müsəlmanlara şərəf və abır qazandırdı Plakat

Ərbəinin əks-sədası İslama və müsəlmanlara şərəf və abır qazandırdı

Elə ki, biz heç olmasa bəyanatlarımızda belə bir-birimizin yanında dayansaq, bu, İslam ümmətinin şəxsiyyətinə əzəmət gətirər. Harada bu birliyin nümunələrini gördüksə, hətta yalnız bədənlərin bir yerdə dayanması şəklində olsa belə, onun dünyadakı əks-sədasının İslama və müsəlmanlara şərəf və abır gətirdiyinin şahidi olduq. İmam Hüseyn Ərbəinində milyonlarla insanın bir-birinin kənarında dayanmasını gördünüz. Elə bir qisim müsəlmanların bu möhtəşəm hərəkətinin özü dünyada əks-səda doğurdu və buna ehtiram göstərildi, təqdir edildi.
İran gücünü dünyaya nümayiş etdirdi Plakat

İran gücünü dünyaya nümayiş etdirdi

Son müharibədə İran İslam Respublikası öz quruluşunun və ölkəsinin təməl dayaqlarının misilsiz möhkəmliyini bütün dünyaya nümayiş etdirdi.
14 avqust 2025-ci il Ərbəin günüdür Plakat

14 avqust 2025-ci il Ərbəin günüdür

14 avqust cümə axşamı İmam Hüseynin qırxı və Ərbəin günüdür.
Düşmənə sarsıdıcı zərbə Plakat

Düşmənə sarsıdıcı zərbə

Bəli, biz sionist rejimi bir xərçəng xəstəliyi kimi görürük, Amerika rejimini isə ona dəstək verdiyinə görə cinayətkar hesab edirik. Lakin biz müharibəyə üz tutmadıq, amma düşmən hücum etdiyinə görə cavabımız sarsıdıcı oldu.
Vəhdət İslamın izzətini formalaşdırır Plakat

Vəhdət İslamın izzətini formalaşdırır

Əgər biz bir yerdə olsaq, İslam ölkələri, müsəlman xalqlar – sünni və şiə, sünnilik və şiəlikdəki müxtəlif məzhəblər – bir-birinə qarşı ürəkləri saf olsa, bir-birinə qarşı sui-zənn etməsələr, bir-birinə hörmətsizlik etməsələr, görün, dünyada nə baş verəcək, İslam üçün necə bir izzət formalaşacaq! Vəhdət, vəhdət!
Din və elm yolunda böyük addımlar atacağıq Plakat

Din və elm yolunda böyük addımlar atacağıq

Biz, dini imanımızı möhkəmləndirmək və müxtəlif və çoxşaxəli elmlərimizi inkişaf etdirmək və dərinləşdirmək yolunda böyük addımlar atacağıq.
Ərbəin yürüşü İlahi izzəti nümayiş etdirir Plakat

Ərbəin yürüşü İlahi izzəti nümayiş etdirir

Əgər İslam ölkələrinin imkanları birləşsə, o zaman İslam ümməti İlahi izzətin nə demək olduğunu göstərəcək, İslamın əzəmətli sivilizasiyasını dünya ictimaiyyətinə tanıdacaq. Hədəfimiz bu olmalıdır və bu Ərbəin yürüşü bu hədəfin həyata keçirilməsi üçün təsirli bir vasitə ola bilər.
Ərbəin İslamın və həqiqətin gücüdür Plakat

Ərbəin İslamın və həqiqətin gücüdür

“Düşmənə qarşı bacardığınız qədər güc-qüvvə tədarük görün...” Ərbəin yürüşü İslamın, həqiqətin və İslami müqavimət cəbhəsinin gücüdür ki, bu cür milyonluq möhtəşəm yığıncaq Kərbəlaya, Hüseynə, fədakarlıq və şəhadətin iftixarlı zirvəsinə doğru yola çıxır və bütün dünyanın azad insanları ondan dərs almalıdır.
İslami olan İran Plakat

İslami olan İran

İslami olan İran din və elm əsasında qurulmuşdur.
Başsağlığı verməyi lazım bilirəm Plakat

Başsağlığı verməyi lazım bilirəm

Sionist rejimin son hücumu nəticəsində şəhid olmuş hərbi komandirlərimizin, alimlərimizin və əziz xalqımızın yaxınlarına başsağlığı verməyi özümə lazım bilirəm.​