زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Quranda Peyğəmbərin xüsusiyyəti Plakat

Quranda Peyğəmbərin xüsusiyyəti

Bu iki cümlə çox mühümdür: "Sizin əziyyət çəkməyiniz ona ağır gəlir" – yəni bəşərin əziyyətə düşməsi əzəmətli Peyğəmbərə ağır gəlir və o, insanların əziyyətə düşməsi ilə əziyyətə düşür, ardınca: "O, sizə qarşı qayğıkeşdir" – yəni o, sizin üçün can yandırır, sizə bağlıdır, taleyinizə həqiqi mənada maraq göstərir. Bu da bütün bəşər övladına ünvanlanmış bir xitabdır.
Fürsət tapan kimi zorakılıq tətbiqi Plakat

Fürsət tapan kimi zorakılıq tətbiqi

Sionistlər istər siyasi, istərsə də hərbi cəhətdən ciddi müqavimətlə üzləşən kimi dayanırlar və hiylə yoluna əl atırlar ki, bir addım irəli gedə bilsinlər. Bir addım irəlilədikdən sonra isə yenidən eyni zorakılığı tətbiq edirlər.
Ayə bütün bəşərə ünvanlanıb Plakat

Ayə bütün bəşərə ünvanlanıb

Tövbə surəsinin 128-ci ayəsinin ilk iki cümləsi, yəni "Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir..." bütün bəşər övladına aiddir, necə ki, başqa bir ayədə də buyurulur: "Ey insanlar! Mən sizin hamınıza tərəf göndərilən Allahın elçisiyəm". Yəni bütün bəşər Peyğəmbərin müxatəbidir.
Nildən Fərata qədər ələ keçirmək Plakat

Nildən Fərata qədər ələ keçirmək

Sionistlərin niyyəti Nil çayından Fərata qədər olan əraziləri ələ keçirməkdir. Lakin onların strategiyası əvvəlcə hiylə ilə yerlərini möhkəmlətmək, sonra isə insan qətli və zorakılıqla bacardıqları qədər irəliləməkdir.
İmam Həsən İslam hökuməti qurmağa çalışırdı Plakat

İmam Həsən İslam hökuməti qurmağa çalışırdı

Allah Rəsulunun vəfat etdiyi andan 260-cı (qəməri) ilə qədər imamlar orta, uzun və bəzən də qısamüddətli bir zamanda İlahi hökumət qurmağa çalışdılar. Məsələn, bizim nəzərimizcə, İmam Həsənin (ə) dövründə İslam hökumətinin qurulması cəhdi qısamüddətli bir zaman üçün nəzərdə tutulmuşdu.
Bu ayə sanki bu gün üçün nazil olub Plakat

Bu ayə sanki bu gün üçün nazil olub

Quranda əzəmətli Peyğəmbərdən bəhs edən ayələr çoxdur. Bu ayələrin bəziləri indiki bəşərin vəziyyəti ilə çox aydın bir uyğunluq təşkil edir. İnsan ayəni oxuyanda görür ki, sanki elə bu gün və bu günün insanı üçün nazil olub. Bu ayələrdən biri "Tövbə" surəsinin 128-ci ayəsidir.
Senzuralardan sonra məlum olacaq Plakat

Senzuralardan sonra məlum olacaq

Amerika İrana hücum etdi və bizim cavab zərbəmiz Amerikaya qarşı olduqca həssas bir zərbə idi. İnşallah, senzuralar aradan qalxacaq və ondan sonra bəlli olacaq ki, İran nə edib​
Güclü şəkildə daxil olacağıq Plakat

Güclü şəkildə daxil olacağıq

Biz həm diplomatiya, həm də hərb meydanında, inşallah, Allahın izni ilə, nə zaman daxil olsaq, əlidolu və güclü şəkildə daxil olacağıq.​
 İran xalqı Plakat

İran xalqı

İran xalqı heç bir meydanda zəif tərəf kimi zahir olmayacaq.
Müharibəyə qətiyyətlə daxil olduq Plakat

Müharibəyə qətiyyətlə daxil olduq

Biz müharibəyə qətiyyətlə daxil olduq. Səbəbi budur ki, sionist rejim Amerikaya üz tutmağa məcbur qaldı. Əgər özünü müdafiə etməyə qadir olsaydı, bu şəkildə Amerikaya sığınmazdı. Amma sığındı.