زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Cəhənnəm darvazası.... Plakat

Cəhənnəm darvazası....

Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq.İran xalqı dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq.
Cəzalandırmaq davam edir Plakat

Cəzalandırmaq davam edir

Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır. Sionist düşmən hazırda cəzalandırılmaqdadır. Elə bu anda da cəzalandırılır.​
Sionistlərin danışıqlar əsnasında hücumu Plakat

Sionistlərin danışıqlar əsnasında hücumu

Sionist rejimin ölkəmizə qarşı xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən hansısa hərbi addımın atılacağına dair bir əlamət yox idi.​
Bunlar İran xalqının xüsusiyyətidir Plakat

Bunlar İran xalqının xüsusiyyətidir

Qədir-Xum bayramı günündə xalqımızın nümayiş etdirdiyi bu möhtəşəm hərəkət, insanların cümə namazlarında iştirakı, namazdan sonrakı yürüşləri və bu kimi yığıncaqlar – bütün bunlar, əziz İran xalqında ağıl və mənəviyyatın, şücaət və zamana uyğun addım atmaq anlayışı ilə birgə möhkəm bərqərar olduğunu göstərir.
Xalqın davranışını tərifəlayiq bilirəm Plakat

Xalqın davranışını tərifəlayiq bilirəm

İranın əzəmətli xalqını salamlayıram. Düşmənlərin son günlər ölkəmizə qarşı törətdiyi bu məsələdə əziz millətimizin davranışını tərifəlayiq bilirəm. İran xalqı sübut etdi ki, həm təmkinlidir, həm şücaətlidir, həm də atdığı addımın yerini və zamanını biləndir.​
Sionist düşmən hazırda cəzalandırılmaqdadır Plakat

Sionist düşmən hazırda cəzalandırılmaqdadır

  Sionist düşmən hazırda cəzalandırılmaqdadır. Elə bu anda da cəzalandırılır.​
İslam dünyasının gələcəyinə nikbin baxırıq Plakat

İslam dünyasının gələcəyinə nikbin baxırıq

Biz İslam dünyasının gələcəyinə nikbin baxırıq və bir çox hadisələr nikbinliyimizi təsdiqləyir.
Əgər Amerika bu sahədə hərbi müdaxiləyə cəhd edərsə Plakat

Əgər Amerika bu sahədə hərbi müdaxiləyə cəhd edərsə

Əgər Amerika bu sahədə hərbi müdaxiləyə cəhd edərsə, ona vurulacaq zərər, şübhəsiz ki, bərpaolunmaz olacaq.
Sionist rejim dağılmaq üzrədir Plakat

Sionist rejim dağılmaq üzrədir

Dövlətlər sionist rejimə arxalanmaqla təhlükəsizlik əldə edə bilməzlər. Çünki sionist rejim qəti İlahi hökmə əsasən dağılmaq üzrədir və inşallah, çox çəkməyəcək.
Tarixə düşəcək bir hadisə idi Plakat

Tarixə düşəcək bir hadisə idi

Televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.