زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Xalq ağızlarının üstündən vurdu Plakat

Xalq ağızlarının üstündən vurdu

13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu.
İranın peşman edici zərbə vurmasını gözləmirdilər Plakat

İranın peşman edici zərbə vurmasını gözləmirdilər

Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Xalq qələt gözlənti müqabilində dayanıb Plakat

Xalq qələt gözlənti müqabilində dayanıb

Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.
Bunların baxışı səthidir Plakat

Bunların baxışı səthidir

Amerikanın əleyhinə şüar verməyin, çünki onlar əsəbiləşirlər - deyənlər səthi baxışa malikdirlər. "Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələlərinizi həll etmirsiniz?"- deyənlərin də təhlilləri səthidir. Məsələnin mahiyyəti bu deyil, onların istəyi İranın Amerikaya tabe olmasıdır.
ABŞ-ın düşmənliyi Plakat

ABŞ-ın düşmənliyi

Dünyada bir dövlət ortaya çıxıb ki, İranın böyük xalqının bütün şan-şöhrət ilə ona tabe olması intizarındadır. Amerikanın İranla düşmənliyi də buna görədir.
ABŞ-ın İranla düşmənliyinin səbəbi nədir? Plakat

ABŞ-ın İranla düşmənliyinin səbəbi nədir?

Amerikanın İranla düşmənliyinin səbəbi nədir? Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun.
İran xüsusi əzəmət qazandı Plakat

İran xüsusi əzəmət qazandı

Biz bir müharibəyə məruz qaldıq. İran xalqı da bütün qüdrəti ilə müqavimət göstərdi və dünyanın diqqətini özünə cəlb etdi. İran dünya xalqlarının nəzərində xüsusi bir əzəmət qazandı.
İmam Əli ibn Musa Ər-Rzanın (əleyhissalam) şəhadəti Plakat

İmam Əli ibn Musa Ər-Rzanın (əleyhissalam) şəhadəti

Şəfqətli İmam Əli ibn Musa Ər-Rzanın (əleyhissalam) şəhadəti münasibətilə başsağlığı verirəm.
İmam Rzanın (əleyhissalam) şəhadəti ilə bağlı mərasimdəki çıxış foto görüntülər Fotolar

İmam Rzanın (əleyhissalam) şəhadəti ilə bağlı mərasimdəki çıxış foto görüntülər

Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
İmam Rza və düşmən qarşısında ayıqlıq Plakat

İmam Rza və düşmən qarşısında ayıqlıq

İmam Rzanın (əleyhissalam) hamımıza dərsi budur ki: Ey müsəlman! Mübarizədən yorulma. Yatma, çünki düşmən həmişə ayıqdır və müxtəlif formalarda, fərqli geyimlərdə, müxtəlif maskalarda və rəngbərəng formalarda ortaya çıxır. Gözünüz iti olsun, düşməni tanıyın, onunla mübarizə yolunu bilin və Əli ibn Musa Ər-Rza kimi əvvəldən axıradək mübarizəni davam etdirin.