Vəzifələrimizdən biri özümüzə, kimliyimizə, şəxsiyyətimizə diqqət yetirməyimizdir. İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır.(İran milləti) Şəxsiyyətini, kimliyini unutsa, zərbə alacaq, sillə yeyəcək, geri qalacaq.
Hacı Qasim yüz dəfə şəhidliklə üz-üzə gəlib və bu onun üçün birinci dəfə deyildi. Amma Allah yolunda olmaqdan, vəzifəsini yerinə yetirməkdən, Allah yolunda cihad etməkdən və ümumiyyətlə, heç bir şeydən qorxusu yox idi.
Şəhid Süleymani həm şücaətli, həm də tədbirli idi. Təkcə şücaət məsələsi deyildi, bəzi insanlarda şücaət var, amma bu şücaətdən istifadə edəcək tədbir və müdriklik yoxdur. Bəzilərinin idarəçilik qabiliyyəti var, amma əməl əhli deyillər və o işi görməyə ürəkləri yoxdur.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə keçirilən əzadarlıq mərasiminin ilk gecəsi dekabrın 14-ü axşam saatlarında İmam Xomeyninin hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri və bir qrup əzadarların iştirakı ilə keçirilib.

Şərqi Azərbaycan vilayətinin 10 min şəhidi Anım Konqresinin Mərkəzi Qərargah üzvləri 06.12.2023-cü il tarixdə çərşənbə günü İnqilab Rəhbəri ilə görüşüblər. Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin əsərlərinin qorunması və nəşri idarəsinin informasiya bloku olan KHAMENEI.IR (saytı) bu görüşün bəyanatını və fotolarını 14.12.2023-cü il tarixdə cümə axşamı səhər Şərqi Azərbaycan vilayətinin 10 min şəhidini Anım Konqresi mərasiminin başlanması ilə eyni zamanda yayımladı.