Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin General-leytenant Şəhid Hacı Qasim Süleymaninin evində olan çıxışı:

Siz (General Süleymaninin ailəsi)... dözün, təhəmmül edin, bu dözməyin öz mükafat və savabı vardır. Allah yolunda cihad etmək batini mübarizə deməkdir. (İnsandan) Xaricdə baş verən hər bir cihad əslində batini cihada əsaslanır. Yəni düşmənin qabağına qorxmadan çıxan və bütün meydanlarda yorğunluğu, soyuğu, istini nəzərə almayan bir insan öz batinində böyük cihadda qalib olmasaydı, (düşmənin qarşısına) bu cür çıxa bilməzdi. Buna görə də insandan xaricdə baş verən cihad batini cihada əsaslanır. Siz də həmin batini mübarizənizə söykənin və qəlbinizi Allahı zikr etməklə rahatladın. İnşallah, Uca Allah qəlblərinizə rahatlıq verəcək. Biz də (bunun üçün) dua edərik.

03.01.2020