Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin General-leytenant Şəhid Hacı Qasim Süleymaninin evində olan çıxışı:​

Hacı Qasim yüz dəfə şəhidliklə üz-üzə gəlib və bu onun üçün birinci dəfə deyildi. Amma Allah yolunda olmaqdan, vəzifəsini yerinə yetirməkdən, Allah yolunda cihad etməkdən və ümumiyyətlə, heç bir şeydən qorxusu yox idi. Düşməndən, onun-bunun sözlərindən və zəhmətə düşməkdən də qorxusu yox idi. Təsəvvür edin ki, 24 saat hansısa bir ölkədə olub, onun 19 saatını fəaliyyət göstərirdi. Onun-bununla əyləşib, onları inandırmağa çalışaraq dəlil gətirib söhbət edirdi. Niyə belə edirdi? Onu istənilən bir nəticəyə çatdıra bilməkdən ötrü. Özü üçün deyil, (ali) məqsədə nail olması üçün çalışırdı. Hacı Qasim belə idi. Yaxşı yaşadı, Allah rəhmət eləsin, (həqiqətən də) yaxşı yaşadı.

03.01.2020