Onların İslam Respublikasını məhv etmək strategiyası nədir? İxtilaf və inamsızlıq yaratmaq. İnsanların bir-birinə inamsızlığı, xalqın hakimiyyətə, hökumətin xalqa inamsızlığı. İnamsızlıq yarananda gələcəyə olan ümid də yox olacaq.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
08.02.2023
Niyə İslam Respublikasını məhv etmək istəyirlər? Bunun müxtəlif səbəbləri var. İslam Respublikası bu mühüm, strateji, faydalı və zəngin təbii mədəni olan məntəqə və insani ehtiyatları onların əlindən alıb. Digər bir səbəb isə İslam Respublikasının dünyada azadlıq çağırışı və bac verməməyi səsini ucaltdı.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
08.02.2023
Düşmənin məqsədinin İran İslam Respublikası və sistemini diz çökdürməsi olmasına baxmayaraq, bunun əksini deyirlər. ABŞ prezidenti 10-15 il əvvəl mənə yazdığı məktubda bildirmişdi ki, biz sizin hökumətinizi dəyişmək fikrində deyilik. Amma eyni zamanda bizdə xəbərlər var idi ki, onların xüsusi mərkəzlərində İran hökumətini devirməyin planı müzakirə olunur.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
08.02.2023
(İndi isə) Əmirəlmöminin əleyhissəlam haqqında (bunu demək olar). İstər islam dini və ya hər hansı bir dinə inanan, istərsə də heç bir dinə inanmayan bir insanın bütün dəyər və sifətlərə qoyduğu ehtiram və hörmət Əli ibni Əbu Talibdə cəm olmuşdur.
Sizi həddi-büluğa çatma münasibətilə qeyd olunan bayrama görə təbrik edirəm. Mən də siz əziz qızlarımı Əmirəlmöminin (ə) mövludu münasibəti ilə təbrik edirəm
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.02.2023
Əziz qızlarım, sizə məsləhət görürəm ki, yeniyetməlik illərindən mehriban olan Allahla dost olun. Allahla dostluq necə olur? Allahla dost olmağın yollarından biri də namaz qılanda Allahla danışdığınızı diqqətə almağınızdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.02.2023
Ölkənin görkəmli qadınları sırasında olmağa çalışın. Necə? Dərslərinizi yaxşı oxuyun, ev tapşırıqlarını yaxşı yazın, çalışın, fikirləşin, kitab oxuyun ki, inşallah gələcəkdə böyük qadınlar sırasında olasınız.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.02.2023
Peyğəmbərin nəzərində haqqın meyarı Əmirəlmöminindir. Sünnü və şiə tərəfindən nəql olunub ki, "Əli haqq ilədir, haqq da Əli ilə. Əli harada olsa, haqq da orada olar". Əgər haqq ardıncasınızsa, görün Əli harada dayanıb, o nə edir və hansı səmtə işarə edir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
26.06.2010
Bir ölkənin rütbəsinin tərəqqisi daha çox onun iqtisadi vəziyyəti ilə bağlıdır. Bir ölkənin valyutası zəiflədikdə və iqtisadi imkanları azaldıqda onun müasir dünyada etibarı azalır. Ölkənin dünyadakı rütbəsini qorumaq üçün iqtisadi inkişafa ehtiyacımız var.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
30.01.2023
Gənc peşəkar işçi qüvvəsinin olması hər bir ölkə üçün iftixardır, amma işsiz qalarsa, o ölkə üçün başıaşağılıqdır. Dövlət bu gənci işlə təmin etməlidir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
30.01.2023
Dünyada gərək elə bir iş görək ki, İran malları ixrac sektorunda rəqabətədavamlı olsun, yəni həm əldə olunan hazır məhsulun keyfiyyətini yüksəldək, həm də maya dəyərini aşağı salaq. Bu, yerinə yetirilməli olan ən vacib işlərdən biridir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
30.01.2023
Elə bir iş görməlisiniz ki, sizi İran məhsullarını başqa ölkənin adı ilə satmağa məcbur etməsinlər. İran istehsalıdır yazın. "Made in Iran" yazmayın. Fars dilində yazın, İran istehsalıdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
30.01.2023
Gənc və yeniyetmə ilə dil tapmaq qəflətdə olan cahil və ya düşmən biri ilə dil tapıb danışmaqdan fərqlidir. Ölkə kənarında təbliğat metodu ölkə daxilində olan mədəni-təbliği metodla fərq edir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.01.2023
Təbliğin ictimai tələblərinə diqqətin olması ilahi əzəmət və heybəti görməzlikdən gəlmək anlamında deyil. Mədəni işlər üçün müəyyən şərtlər lazımdır ki, onlara kamil surətdə diqqət olunmalıdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.01.2023
Mədəni-təbliği orqanların məsul şəxsləri Allah sözlərinin heç bir vəchlə yerdə qalmaması üçün diqqətli olmalıdırlar. Bu zəmində qalmaqal, şantaj və ittihamlardan qorxmamalısınız.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
18.01.2023
Bəziləri deyirlər ki, niyə amerikalıları özünüzə düşmən edirsiniz? Bizmi düşmən edirik?! Qırx ildir, qanımıza susayıblar. Biz belə bir düşmənlə qarşı-qarşıyayıq
Əlimdə olan dərc olunmuş bir sənəddə deyilir ki, 1979-cu ilin dekabrında Karter MKİ-yə İran İslam Respublikasını devirmək əmri verir, yəni məhz inqilabın əvvəlindən onların planı bu idi. Maraqlı məqam budur ki, onlar bu işi propaqanda vasitəsilə etmək istəyirdilər
İslam İnqilabının məqsədi İranı Qərbin hülqumundan çıxarmaq, o cümlədən batil Qərb mədəniyyətinin əl-ayağı altında əzilən, onların siyasi və hərbi hökmranlığı altında olan İranı müstəqilləşdirmək və islami olan İranın tarixi kimliyini diriltmək idi.
Əgər bizim meydanda Müqəddəs Müdafiə dövrünün gəncləri kimi gənclərimiz olarsa, inkişaf qaçınılmazdır. Yəni dünyanın bütün qüdrətləri əl-ələ verib İranı parçalamaq istəyirdilər, lakin bu ölkənin bir qarış torpağını belə işğal edə bilmədilər. Bu, kiçik bir məsələdirmi? Bu, kiçik qələbədirmi?
İslam insana insan olaraq dəyər verib kişi ilə qadın arasında heç bir fərq qoymur. İnsani və islami dəyərlər baxımından qadın və kişinin bərabərliyi İslamda aşkar məsələlərdən biridir.
Qərb kapitalizm sistemi patriarxal bir sistemdir. Bu sistemdə kapital insanlıqdan yüksəkdir. İnsanlıq yalnız kapitala xidmət etməkdən ibarətdir. Belə bir şəraitdə hər kəs daha çox sərmayə ələ gətirə bilsə, daha dəyərli hesab olunur.
Propaqanda düşmənin əsas planlarındandır. Propaqandanın əlacı bəyan etmədir. Yeniyetmə və cavanlara təsir edən vəsvəsəni nə aradan qaldıra bilər? Dəyənəklə alınmaz. Bəyan etmə bu vəsvəsəni aradan qaldıra bilər.
Qərb kapitalizm sistemində genişmiqyaslı iqtisadi, ticari və başqa bu kimi məsələlərin idarəçiliyi ancaq kişilər tərəfindən həyata keçirilirdi. Ona görə də bu sistemdə kişilər qadınlardan üstün sayılırlar. Çünki (bu sistemdə) sərmayəyə malik olmağa kişilərin daha çox ləyaqətləri vardır.
Qərblilər qadınların cinsi kölə ünvanında ticarətini etmələrinə baxmayaraq, qadın hüquqlarının qorunmasında aparıcı qüvvə olduqlarını son dərəcə həyasızcasına iddia edirlər.