Hicri 1444-cü il mübarək Ramazan ayının 13-də hökumət, parlament və məhkəmə sisteminin başçıları, hökumətin məsul şəxsləri və məmurları, müxtəlif qurumların bir qrup yüksək səviyyəli müdirləri, İslam Şurasının (parlament) nümayəndələri, keçmiş məmurlar və ictimai-mədəni fəallar bu axşam (çərşənbə axşamı 04.04.2023) İmam Xomeyninin (r.ə) hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei:"Biz bir neçə il əvvəl demişdik ki, sionist rejim 25 il sonranı görməyəcək. Onlar tələsidilər və daha tez getmək istəyirlər",- deyə buyurdu.O Həzrət bu sözün ardınca belə buyurdu: "Dünya nizamı böyük siyasi dəyişikliyə məruz qalmaqdadır. Bu dəyişikliyin iki xüsusiyyəti var: Çox sürətlə həyata keçir və İslam Respublikası düşmənlərinin cəbhəsini zəiflətməyə yönəlib".O daha sonra öz sözünü "Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan, Trampın Amerikası Obamanın Amerikasından və Baydenin də Amerikası Trampın Amerikasından daha zəifdir",- deməklə davam etdi.Ayətullah Əl-Üzma Xamenei sözünün sonunda "Oslo" Fələstini "Aslan Yuvası" Fələstininə çevrildi. Allaha şükürlər olsun ki, müqavimət cəbhəsi güclənməyə doğru gedir",-deyə buyurdu.
O, müqavimətin gücləndiyini belə qeyd edib: "Keçmişlə müqayisədə Fələstin qruplarının gücünün neçə bərabər çoxaldığını söyləmək olmaz, əksinə, onlarla bərabər çoxaldığını demək olar. Fələstinlilərin 24 saat ərzində işğal altındakı ərazilərdə 27 dəfə əməliyyat keçirdiyi barədə əlimizə məlumat gəlib".