Bu görüşdə İnqilabın Rəhbəri Silahlı Qüvvələrə belə tövsiyə etmişdir:

"İran İslam Respublikasının Silahlı Qüvvələri öz güc və tərəqqisi ilə kifayətlənməməli və dayanmadan irəliləməlidir".

O Həzrət sözünün davamında, "Qurani-Kərimə görə, daimi müdafiə hazırlığı Allahın əmri, həmçinin Allah və millətin düşmənləri üçün qorxu mənbəyidir. Ölkəyə qarşı təhlükə heç vaxt tam aradan qalxmayacaq, ona görə də Silahlı Qüvvələr bacardıqları qədər hazırlıqlarını artırmalıdırlar",-deyə buyurdu.

Ayətullah Xamenei düşmənin əsil hədəfinin İran İslam Respublikası olduğunu vurğulayaraq belə buyurdu:

"Amerikanın İraq və Əfqanıstanda müharibə başlatmasında öz maraqları olsa da, onların son hədəfi İslami olan İran idi, lakin İslam İnqilabının çox güclü təməli nəticəsində onlar uğursuzluğa düçar oldular. Ona görə də düşməni bütün zahiri möhkəm hesablamaları və hərbi gücü ilə yanaşı məğlub etmək olar".

O Həzrət başqa bir tövsiyəsində, "Düşmənin məğlub olmağına inanmaqla yanaşı, ondan qəflət etməmək mühüm bir məsələdir. Heç bir mərhələdə düşmənin hiylə və planından qəflət etmək olmaz",- deyə qeyd etdi.

Daha sonra o, düşmənin planlarına nəzər salaraq "Düşmənin uzunmüddətli planlarına diqqət yetirmək mühümdür. Düşmənin beş və ya on illik planlarına diqqətlə yanaşmaq yaxşı və zəruridir, lakin Silahlı Qüvvələr düşmənin orta və uzunmüddətli planlarını öz diqqət mərkəzinə almalı və tam nəzarətdə saxlamalı olduqlarını" xatırlatdı.

Dünya hegemonlarının, "Dünyada alovlanan bütün müharibələrin arxasında böyük qüdrətlər dayanır. Bu gün Ukrayna, Suriya, Liviya və #Sudandakı müharibələrin proqramını cızan kimlərdir? Onlar elə hegemonların əlaltılarıdır ki, başqa yerdə qazanc əldə etmək üçün münaqişə yaradırlar... Amerikanın İraq və Əfqanıstanda başlatdığı müharibə kimi",- əsil siyasətlərini açıqlamışdır.

Amerikanın həqiqətdə İslam İnqilabına zərbə vurmaq üçün iki qonşu ölkədə əməliyyat keçirdiyini vurğulayan Ayətullah Xamenei sözünün sonunda belə buyurur:

"Amerikanın hər iki əməliyyatda Əfqanıstan və İraqa hücumunun məğlubiyyəti İslam Respublikasının strateji dərinliyinin genişlənməyi ilə müşayiət olundu. İslam İnqilabının çox möhkəm təməli onların məğlubiyyətinə səbəb oldu. Bu işdə Şəhid Süleymaninin rolu, həqiqətən də, misilsiz idi".

Ayətullah Xamenei böyük güclərin kiçik dövlətlərdən necə sui-istifadə etməsinə də açıqlama gətirərək qeyd edib:

"Bəzən kiçik və əhəmiyyətsiz bir qüdrətin bir söz deməsi və addım atması ilə insan zehni ona tərəf yönəlir. Gəlin bu xırda düşmənçiliklərlə məşğul olmayaq. Baxsaq, görərik ki, regionumuzda və dünyada baş verən bütün bu alovlanan müharibələrin pərdə arxasında böyük güclər dayanır".

 

Silahlı Qüvvələrin Ali Baş Komandanının çıxışından öncə Silahlı Qüvvələrin Baş Qərargah Rəisi General-Mayor Baqiri Silahlı Qüvvələrin müxtəlif istiqamətlərdə planları və həyata keçirdiyi tədbirlər haqqında məruzə edib.