Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.
Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.
Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.
Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur.
Aban ayının on üçü (4 noyabr) və Hegemonlarla Milli Mübarizə və Məktəblilər Günü ərəfəsində ölkə boyu bir qrup məktəb şagirdləri və universitet tələbələri bu gün səhər 02.11.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
İslam İnqilabı Rəhbərinin 19.06.2024-cü il tarixdə Müqavimət və Hərəm Müdafiəsi Şəhidlərinin Beynəlxalq Konqresinin Qərargah üzvləri ilə görüşdə etdiyi çıxış bu gün yayımlandı.
Casus yuvasının ələ keçirildiyi həmin gün Amerika hökumətinin abır, etibar və vüqarı indikindən qat-qat yüksək idi. Siz bu günə baxmayın ki, Amerika insanların gözündə həqir olub, kiçilib və xalqlar açıq şəkildə Amerikanı söyür və onları lənətləyirlər. O gün isə belə deyildi. O gün Amerika dünyada birinci dərəcəli hegemon idi və heybətə sahib idi.