Əgər fərz etsəydik ki, Kərbəla hadisəsi ümumiyyətlə baş verməmişdi, halbuki biz Zeynəbi-Kübra (s.ə) haqqında dediklərimizi və eşitdiklərimizi, adətən, Kərbəla hadisəsi ilə əlaqələndiririk, yenə də Zeynəbi-Kübra (s.ə) görkəmli bir şəxsiyyət, böyük bir insan və örnək alınıb ardınca gediləsi bir qadın sayılardı.
Seyid Əli Xamenei
04.10.1995
Zeynəbi-Kübra (s.ə) Mədinədə Peyğəmbər ailəsində bir həyat yoldaşı, bir ana və seçilən, üstün bir qadın kimi öz rolunu ən gözəl şəkildə yerinə yetirmişdir. O, Kərbəla hadisəsindən əvvəl Mədinədə tanınmış, seçilən və nüfuzlu bir şəxsiyyət idi. Eləcə də Kərbəla hadisəsindən sonra – Şam və Kərbəla ilə bağlı qısa dövr istisna olmaqla – həmin böyük xanımın rolu yenə də çox görkəmli və seçilən biri olmuşdur.
Seyid Əli Xamenei
04.10.1995
İnqilab Rəhbəri 26.07.2000-ci il tarixdə Ərdəbil vilayətinə səfəri zamanı bu vilayətin yüksək istedadlı elmi şəxslərinin iştirakı ilə keçirilən görüşdə İmam Hüseyn əleyhissəlamın məqamını vəsf edərək azəri dilində şeir və rövzə oxudu.
Şeirin mətni:Ay batdı, sübh açıldı, Zeynəb nəvayə (sözə) gəldi,
Zəhra dedi Hüseyn vay, aləm sədayə (sözə) gəldi.
Sonra deyir ki, "Hüseyn qətlə yetirildi" adıyla məşhur oldu:
Cənnatidən eşitdi Peyğəmbəri-gerami (dəyərli), nəleyinsiz (ayaqqabısız), əbasız Kərbü-bəlayə gəldi.
Daha sonra bu hissəyə gəlib yetişir:
Yel əsdi, gün tutuldu, zülmət fəzaya (hər yeri bürüdü) gəldi.
Həqiqətən də, İslamın İmam Hüseynin qiyamı ilə qorunduğuna dair bu etiqad düzgün bir etiqaddır. Təxminən yüz il əvvəlki dövrlə müqayisədə insanların dindarlığına zahirən bu günkü qədər qarşı çıxanlar yox idi, amma bu gün keçirilən mərasimlər daha coşqulu, daha təsirli və daha geniş miqyasda keçirilir. Bütün bunlar Hüseyn ibn Əlinin (ə) rəhbərliyi ilə dünyada irəliləyən bir həqiqətin və bir cərəyanın göstəricisidir. Bu cərəyan yol açacaq və xalqların düyünlərini açacaqdır.
Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.