05/02/2026
Bəqiyyətullah, yəni Allahın sizin üçün saxladığı şey. Bu, bəşəriyyət üçün bir ehtiyat, tarix üçün isə bir xəzinədir.      Seyid Əli Xamenei    11.05.2017
Mətndən çıxarış

Məhdəviyyət nədir?

05/02/2026
Nimeyi-Şaban bayramı tarix boyu bütün bəşəriyyətin arzularının çiçəkləndiyi gündür. Seyid Əli Xamenei 10.03.2022
05/02/2026
İmamların mövlud bayramlarında biz keçmişi ehtiramla yad edirik, amma Nimeyi-Şaban bayramında bütün baxışlar gələcəyə yönəlir. Yəni bu baxış özü ilə iki şeyi daşıyır: biri ümid, digəri isə səy. Ən ağır çətinlik və sıxıntılar içində olan qəlbləri iztirablı insanlar gözləri önündə nurlu və cənnətvari bir dünyaya açılan parlaq və işıqlı bir pəncərə görürlər və gələcəyə ümid bəsləyirlər.      Seyid Əli Xamenei    02.06.2015
04/02/2026
Nimeyi-Şaban bayramı tarix boyu bütün bəşəriyyətin arzularının çiçəkləndiyi gündür.      Seyid Əli Xamenei    10.03.2022
15/02/2025
Şiələr arasında olan bu etiqad və inancın ən böyük xüsusiyyəti ümid yaratmaqdır. Şiə cəmiyyəti təkcə öz keçmişdəki öz tarixinin əsas üstün məqamlarına əsaslanmır, gələcəyə də baxır. Şiə inancına görə, məhdəviyyət məsələsinə etiqadı olan bir nəfər ən çətin şəraitdə belə, qəlbi heç zaman ümidsiz olmur və həmişə onda ümid şöləsi mövcuddur.
14/02/2025
KHAMENEI.IR mediası "Nimeyi-Şaban" İmam Mehdinin (ə.c.) mübarək mövludu münasibətilə "Cəmkəran mehrabı" adlı klip yayımlayır. Bu klipdə İslam İnqilabı Rəhbərinin müqəddəs Cəmkəran məscidindəki iştirakı yer alır. Həzrət Ayətullah Xameneinin müqəddəs Cəmkəran məscidinə ziyarəti onun ilin müxtəlif vaxtlarında həyata keçirdiyi müntəzəm proqramlardan biridir. Yayınlanan video da bir müddət əvvəl baş tutmuş belə proqramlardan biridir. "Cəmkəran mehrabı" ifadəsi isə illər öncə İnqilab Rəhbərinin Həzrət Mehdiyə (ə.c.) ithafən yazdığı bir qəzəldən götürülüb: "Qozare ğəm del ra məgər konəm çu "Əmin" Coda ze xəlq be "Mehrabe-Cəmkəran" bi to"
22/10/2002
Haradadır zalımların kökünü kəsmək üçün hazırlanmış şəxs? Haradadır sapma və əyriliyi düzəltmək üçün intizarı çəkilən? Haradadır zülmü və düşmənçiliyi aradan qaldırmaq üçün ümid edilən?