KHAMENEI.IR mediası "Nimeyi-Şaban" İmam Mehdinin (ə.c.) mübarək mövludu münasibətilə "Cəmkəran mehrabı" adlı klip yayımlayır. Bu klipdə İslam İnqilabı Rəhbərinin müqəddəs Cəmkəran məscidindəki iştirakı yer alır.
Həzrət Ayətullah Xameneinin müqəddəs Cəmkəran məscidinə ziyarəti onun ilin müxtəlif vaxtlarında həyata keçirdiyi müntəzəm proqramlardan biridir. Yayınlanan video da bir müddət əvvəl baş tutmuş belə proqramlardan biridir.
"Cəmkəran mehrabı" ifadəsi isə illər öncə İnqilab Rəhbərinin Həzrət Mehdiyə (ə.c.) ithafən yazdığı bir qəzəldən götürülüb:
"Qozare ğəm del ra məgər konəm çu "Əmin" Coda ze xəlq be "Mehrabe-Cəmkəran" bi to"